Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-3984/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızı, Azərbaycan Respublikası Prezident yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “ANC GROUP MMC” barəsində İXM-in 447.0.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış materialı nəzərdən keçirib, müəyyən etdi: Azərbaycan Respublikası Prezident yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “ANC GROUP MMC” barəsində İXM-in 447.0.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İşə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Buna görə də xx.xx.2025-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına baxış zamanı törədilmiş əməl nəticəsində zərərin məbləğinin hansı qaydada müəyyən edilməsi aydın olmamaqla buna dair hər hansı sübut (ziyan aktı və ya müvafiq ekspert rəyi) materiala əlavə edilməmişdir ki, bu da sənədlərin natamam formada məhkəməyə təqdim edilməsinin göstəricisidir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsin adı, soyadı, atasının adı və yaşayış yeri qeyd olunmamış və həmin qrafa doldurulmamışdır. Halbuki, AR İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, məhkəməyə təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qərara aldı: “ANC GROUP MMC” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında material Azərbaycan Respublikası Prezident yanında Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə geri qaytarılsın Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-3984/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-3984/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver