Məhkəmə qərarları › İş №3(008)-3989/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3989/2022

14.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3989/2022 14.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Zərərçəkmiş şəxs- X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 26 noyabr 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 14 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(011)-4043/2021 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində və 19 aprel 2021-ci il tarixdən başlayaraq 12 oktyabr 2020ci il təvəllüdlü X7 üç yaşına çatanadək hər ay 50 manat olmaqla cavabdeh X2 xeyrinə aliment tutularaq ödənilməli olduğu halda məhkəmə qətnaməsi cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X3 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs bu günədək hər ay məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdən 150 manat ödəsə də, məhkəmə qətnaməsində müəyyən aylıq aliment məbləğini ödəməkdən yayınmışdır. Sədrlik edənin sualına cavab olaraq icra məmuru Şəxs hər ay sabit olaraq 150 manat deyil, bəzi aylarda 150 manatdan az, bəzən isə 150 manatdan artıq məbləğdə ödənişlər etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(011)-4043/2021 saylı icra sənədi icraya yönəldiyi gündən bu günədək qətnamə ilə müəyyən edilmiş aliment məbləğindən Şəxs ona müxtəlif məbləğlərdə ödənişlər etsə də, hər ay mütəmadi olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 225 manat məbləği ona ödəməmişdir. Onun yeganə istəyi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin tam ödənilməsidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından heç vaxt yayınmamışdır. Fəhlə kimi fəaliyyət göstərir və hər ay qazancı imkan verdiyi məbləğdə aliment məbləğini zərərçəkmiş şəxsə ödəmişdir. Onun məhkəmə qətnaməsinin icrasından yayınmaq niyyəti olmamış, bundan sonrakı aylarda hər ay aliment məbləğinin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğdə ödənilməsini təmin edəcəkdir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(011)- 4043/2021 saylı icra sənədi üzrə borclu Şəxs xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində və 19 aprel 2021-ci il tarixdən başlayaraq 12 oktyabr 2020-ci il təvəllüdlü X7 üç yaşına çatanadək hər ay 50 manat olmaqla cavabdeh X2 xeyrinə aliment tutularaq ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 03 sentyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 01 sentyabr 2021-ci il tarixli, 2(011)-4043/2021 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün tələbin könüllü icrası haqqında bildirişlə borclu Şəxs göndərilmişdir. Şəxs tərəfindən 21 oktyabr 2021-ci il və 14 iyul 2022-ci il tarixli izahatlardan görünür ki, o, icra məmurunun sualına cavab olaraq icra sənədi üzrə ödənişi tam həyata keçirməməsinin səbəbinin qazancının az olması ilə əlaqədar olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə baxışı zamanı sədrlik edənin müraciətinə əsasən icra məmuru tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, Şəxs tərəfindən X4 05 iyul 2021-ci il tarixdə 200 manat, 01 sentyabr 2021-ci il tarixdə isə 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. Zərərçəkmiş şəxs X2 01 dekabr 2021-ci il tarixli ərizəsindən görünür ki, həmin tarixə olan 400 manat aliment borcundan 300 manat borclu Şəxs tərəfindən ona ödənilmişdir. “E Manat” vasitəsi ilə ödənişləri özündə əks etdirən müvafiq qəbzlərdən görünür ki, Şəxs tərəfindən X4 26 oktyabr 2021-ci il tarixdə 100 manat, 12 yanvar 2022-ci il tarixdə 150 manat, 07 fevral 2022-ci il tarixdə 150 manat, 29 mart 2022-ci il tarixdə qyrı-ayrılıqda 140 manat və 10 manat,07 iyun 2022-ci il tarixdə 150 manat, 14 iyul 2022-ci il tarixdə 150 manat ödənişlər edilmişdir. Göründüyü kimi, Şəxs icra sənədinin icrasından yayınmamaqla mütəmadi olaraq maddi vəziyyətinin imkan verdiyi məbləğdə qətnamə ilə müəyyən edilmiş məbləğdən ödənişlər etmişdir ki, bu hal özü Şəxs tərəfindən icra sənədinin icra edilməmə səbəblərinin qərəzli xarakter daşımamasına, əksinə maddi vəziyyəti ilə əlaqədar onun icra sənədini tam icra edə bilmədiyinə dəlalət edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən mütəmadi olaraq icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar