Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-399/2024 01.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindın Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə 04 dekabr 2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün adiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" QSC-də 13 iyun 2023-21 iyul 2023-cü il tarixlərdə aparılmış kompleks yoxlama (xx.xx.2021-xx.xx.2022-ci il tarixlər arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktı aşkar edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iki hüquqi şəxsə münasibətdə İnvestisiya şirkəti tərəfindən qüvvədə olan nizamnamələr əldə edilməmiş və eyniləşdirmə köhnə təsis sənədləri əsasında həyata keçirilmişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 598.1.1-ci maddəsində (iki müştəri üzrə) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab verən nümayəndə AR İXM-nin 598.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla uzanan inzibati xəta kimi qiymətləndirildiyini, aidiyyəti şəxs tərəfindən davamlı olaraq aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməli olmasını bildirmişdir. Barəsində inzibati qaydada icraat aparılan Şəxs ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, əməlindən peşman olmasının yüngülləşdirici hal kimi nəzərə alınaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İnzibati xəta haqqında 04 dekabr 2023-cü il tarixli, EP ******* saylı protokoldan görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" QSC-də 13 iyun 2023-21 iyul 2023-cü il tarixlərdə aparılmış kompleks yoxlama (xx.xx.2021-xx.xx.2022-ci il tarixlər arasındakı dövrü əhatə edən) nəticəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktı aşkar edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, iki hüquqi şəxsə münasibətdə İnvestisiya şirkəti tərəfindən qüvvədə olan nizamnamələr əldə edilməmiş və eyniləşdirmə köhnə təsis sənədləri əsasında həyata keçirilmişdir. Nəticədə Şəxs tərəfindən AR İXM-nin 598.1.1-ci maddəsində (iki müştəri üzrə) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. "xxxx" QSC-nin direktoru tərəfindən imzalanmış 01 fevral 2019-cu il tarixli, K-081 nömrəli əmrdən çıxarışdan görünür ki, Şəxsn 01 fevral 2019-cu il tarixdən Cəmiyyətin Daxili Bazar əməliyyatları üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. 05 fevral 2019-cu il tarixli Ü-046 nömrəli əmrdən görünür ki, "xxxx" QSC-nin Daxili bazar əməliyyatları Departamentinin yalnız fiziki şəxslərlə, birja və birjadankənar əqdləri üzrə bağladığı investisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə sənədinə, alqı-satqı müqavilələrinə, birja və birjadankənar əqdlərə aid ötürücü sərəncamlara, hesab üzrə sərəncamlara və bu sənədləri MDM-ə təqdim etmək üçün qoşma məktublara, ikinci (əvəzedici) imza hüququ "xxxx" QSC-nin daxili bazar əməliyyatları üzrə direktor müavini Şəxs həvalə edilmişdir. 10 may 2019-cu il tarixli, Ü-046 nömrəli əmrə birinci əlavədən görünür ki, "xxxx" QSCnin daxili bazar əməliyyatları departamentinin fiziki və hüquqi şəxslərlə, birja və birjadankənar əqdlər üzrə bağladığı “İnvestisiya xidmətlərinin göstərilməsi haqqında müqavilə” və “Qiymətli kağızlarla alqı-satqı haqqında müqavilə” sənədlərinə, alqı-satqı müqavilələrinə, Anderraytinq Xidmətinin göstərilməsi müqavilələrinə, birja və birjadankənar əqdlərə aid ötürücü sərəncamlara, hesab üzrə sətəncamlara və bu sənədləri MSM-ə təqdim etmək üçün qoşma məktublara ikinci (əvəzedici) imza hüququ "xxxx" QSC-nin daxili bazar əməliyyatları üzrə direktor müavini Şəxs həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 598.1.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 4.5-ci maddəsinə əsasən öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərə aşağıdakı müştəri uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməlidirlər: 4.5.1. aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi; 4.5.2. mövcud olan məlumat və sənədlər nəzərdən keçirilib tədqiq edilərək yüksək riskli müştəriləri prioritetləşdirməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin yenilənməsinin və adekvatlığının təmin edilməsi. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs tərəfindən iki hüquqi şəxsə münasibətdə qüvvədə olan nizamnamələr əldə edilməmiş və eyniləşdirmə köhnə təsis sənədləri əsasında həyata keçirilmiş və müvafiq inzibati xəta 21 iyul 2023-cü il tarixdə aşkar edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 598.1.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində iki müştəri üzrə inzibati cərimə növündə (hər bir müştəri üzrə maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə) inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 4000 manat (iki müştəri üzrə-hər müştəri üzrə 2000 manat olmaqla) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsini vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-399/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-399/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver