Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-3995/2024 05.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, 22 sentyabr 1961-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İliç küçəsi ev 28A-da qeydiyyatda olan və yaşayan-X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsinin 14 may 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsinin qəbul etdiyi 14 may 2024-cü il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X4 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “X5 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının xüsusi texnika sexinin yol-tikinti maşınlarının təmiri üzrə çilingəri X7 xx.xx.2023-cü il tarixdə xəsarət alması ilə bağlı Filialın xüsusi texniki vasitələrinin texniki vəziyyətinə nəzarətçisi tərəfindən əməyin mühafizəsi üzrə standartların normalarına və qaydaların tələblərinə riayət edilməmişdir. Nəticədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törəldilmişdir. Bu səbəbdən o İnzibati xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən təqsirli bilinərək, həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən, 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. Belə ki, “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının yol-tikinti maşın və traktorların təmiri üzrə 4-cü dərəcəli çilingəri X14 xx.xx.2023-cü il tarixində əvvəlcədən tanış olduğu növbə qrafikinə əsasən saat 20:00-da iş yerinə gəlmiş, fərdi mühafizə vasitələrini geyindikdən sonra əmək funksiyalarının icrasına başlamış, əmək funksiyasının quyuların ətrafında işə cəlb edilmiş texnikalarda baş verən nasazlıqların aradan qaldırılması üçün daxil olmuş çağırışlar əsasında həmin texnikalara baxış keçirməkdən, yerində düzəldilə bilən texnikaları saz vəziyyətə gətirmək, düzəldilməsi mümkün olmayan texnikalarda işin dayandırılmasını təmin etməkdən ibarət olduğunu, beləliklə maşinist X12 tərəfindən daxil olan növbəti çağırış əsasında saat 23:30 radələrində 4 saylı NQÇ sexinin ərazisində 3776 saylı quyunun ətrafında olan 10-U-625 dövlət qeydiyyat nişanlı iş maşınına texniki baxış keçirmək üçün onunla birlikdə ora getmiş, E.Rəsulovun texnikanı starter vasitəsilə işə salmağın mümkün olmadığını bildirmiş, bu cür vəziyyətlərdə mühərrikin işə salınması üçün nəzərdə tutulmuş, texnikanın kiçik mühərrikinə quraşdırılmış tutqacı saat əqrəbi istiqamətində fırladarkən tutqacın ağır fırlandığını, fırlatmağa davam edərkən tutqacın sürətlə geriyə doğru fırlanaraq onun sağ biləyinə çırpılmışdır. Qeyd olunan bədbəxt hadisə ilə bağlı təhqiqat aparan inzibati orqan hesab etmişdir ki, o, öz vəzifə təlimatına uyğun olaraq (özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq) həmin işi dayandırmalı olmuşdur. Eyni zamanda Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “X5” LTD şirkətinin Azərbaycan Respublikasındakı filialının yol-tikinti maşın və traktorların təmiri üzrə 4-cü dərəcəli çilingəri X8 ehtiyatsızlığını, 4.2-ci bəndinə əsasən onun nəzarətsizliyini müəyyən etmişdir. Bundan əlavə bildirir ki, qeyd olunan bədbəxt hadisə baş verməmişdən əvvəl yoltikinti maşın və traktorların təmiri üzrə 4-cü dərəcəli çilingəri X14 görüləcək işlə bağlı tərəfindən təlimatlandırılmış və bununla bağlı hadisədə xəsarət alan şəxs “İşdən öncə təlimalandırma vərəqi”nə imza atmışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixində 23:30 radələrində 4 saylı NQÇ sexinin ərazisində 3776 saylı quyunun ətrafında olan 10-U-625 dövlət qeydiyyat nişanlı iş maşınına X14 ilə birgə texniki baxış keçirən zaman o həmin yerdə olmuş və orada görülən işlər tam olaraq onun nəzarəti ilə həyata keçirilmişdir. Bu səbəbdən cavabdeh tərəfin qeyd etdiyinin əksinə olaraq, işlər onun nəzarətinin altında həyata keçirilmişdir. Bundan əlavə təhqiqat aparılan zaman qeyd edilmişdir ki, onun tərəfindən işlər dayandırılsa idi bədbəxt hadisə baş verməzdi. Belə ki, X14 işləri dayandırdığı halda, baxış keçirdiyi xüsusi texnikanın hansı səbəbdən işləmədiyini müəyyən etmək qeyri-mümkündür. Onun hadisə yerinə getməyinin məqsədi xüsusi texnikada baş verən nasazlığın hansı səbəbdən baş verdiyini müəyyən etmək və həmin halı aradan qaldırmaq olmuşdur. Bu öhdəliyin icra olunması üçün X14 tərəfindən xüsusi texnikanın kiçik mühərrikinə quraşdırılmış tutqacı saat əqrəbi istiqamətində fırlatması lazım olmuş və həmin işlər də iş qaydasına uyğun olaraq icra olunmuşdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X9 izahatında şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, qərardan şikayət verən şəxsi və qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı icraçı direktoru Əhməd Kələşov tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli xüsusi texnika sexinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin nəzarətçisinin vəzifə təlimatından görünür ki, özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq, icazəsi olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə görməmək - xüsusi texnika sexinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin nəzarətçisinin vəzifəsidir. İş materiallarında olan “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməliyyatlar üzrə vitse-prezidenti Əli Həsənli tərəfindən təsdiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında 02/2024 saylı aktdan görünür ki, “X6 LTD” şirkətinin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Xüsusi texnika sexinin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin nəzarətçisinin vəzifə təlimatının “SƏTƏM və MM üzrə ümumi qaydalar” bölməsinin “özləri və ya başqalarının təhlükəsizliyinə zərər törədə biləcək istənilən işi dərhal dayandırmaq tələblərinə X2 tərəfindən riayət edilməməsi müəyyən edilmişdir. İş materiallarında olan təhqiqat aktından görünür ki, bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının yol-tikinti maşın və traktorların təmiri üzrə 4-cü dərəcəli çilingəri X8 ehtiyatsızlığı, 4.2-ci bəndinə əsasən “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının xüsusi texniki vasitələrin texniki vəziyyətinə nəzarətçi X1 nəzarətsizliyi müəyyən edilmişdir. İş materiallarında olan 14 may 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 198.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 700 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsinin “inzibati tənbeh vermə haqqında” 14 may 2024-cü il tarixli MN № ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri şikayətçi tərəfindən məhkəməyə təqdim olunmamışdır. Əksinə iş materiallarına əlavə edilmiş “X6 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməliyyatlar üzrə vitse-prezidenti Əli Həsənli tərəfindən təsdiq edilmiş istehsalatda bədbəxt hadisə haqqında 02/2024 saylı akt və təhqiqat aktı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsinin 14 may 2024-cü il tarixli MN № ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə X1 şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99- 100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhəri İdarəsinin “inzibati tənbeh vermə haqqında” 14 may 2024-cü il tarixli MN № ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsm qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-3995/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-3995/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver