Məhkəmə qərarları › İş №3(008)-4/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4/2023

07.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4/2023 07.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş 11 fevral 2016-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs tərəfindən tələbkarın xeyrinə pul ödənilməmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 fevral 2016-cı il tarixli qərarı ilə Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə məcburi gətirilməsi və Şəxs tapılanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 aprel 2023-cü il tarixli, 3(008)-4/2023 saylı qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və inzibati iş məhkəmə baxışına təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır Hazırki materialdan görünür ki, Şəxs tərəfindən AR İXM-nin 313-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta 11 fevral 2016-cı il tarixdə törədilmiş və həmin gündən 07 ildən artıq müddət keçmişdir ki, bu da AR İXM-nin 38.5-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati qaydada icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini istisna edir. Beləliklə, məhkəmənin gəldiyi qənaət ondan ibarətdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə qanunla müəyyən edilmiş inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.5, 40, 43, 53.1.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 313-1.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə əsasın xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar