Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4008/2023 29.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X3, məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, inzibati protokolu tərtib etmiş şəxs, polis leytenantı X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi X4 iştirakları ilə xx.xx.1969-cu il tarixdə Tovuz rayonu, Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tovuz rayonu, Bozalqanlı ərazi dairəsi, Bozalqanlı kəndində qeydiyyatda olan - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadan polis əməkdaşlarına qarşı müqavimət göstərmişdir. Bu barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis sahə inspektoru, polis leytenantı X5 tərəfindən MN № ******* saylı, 29 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsininpolis sahə inspektoru X5 izahatında bildirmişdir ki, dəfələrlə DİN-in 102 xidmətinə zəng vuraraq nəlayiq ifadələr işlətməsi ilə bağlı növbətçi Hissələri İdarə Xİdmətindən daxil olmuş məktubun icrası ilə bağlı Şəxsla dəfələrlə telefon əlaqəsi saxlanılmış, lakin o çağırışa gəlməkdən imtina etmişdir. Bununla bağlı onun izahatının alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi, YYM-i nömrəsiz evdə olarkən onu dəvət etmişlər. Onun evdə olarkən dəvət edən şəxsin digər polis əməkdaşları olduğu bildirilmişdir. Digər polis əməkdaşları onu artqı bölməyə gətirən zaman Şəxs onlara müqavimət göstərildiyi ona bildirilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirmişdir ki, onun telefonu oğurlandığı üçün içkili vəziyyətdə DİN-nin 102 xidmətinə zəng vurmuşdur. DİN-nin əməkdaşlarına isə heç bir müqavimət göstərməmiş, onu polis şöbəsinə dəvət etdikdə müqavimət göstərmədən öz razılığı ilə polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Onun telefonu oğurlanmış, kim tərəfindən oğurlanmağı aşkar edilmiş və buna baxmayaraq telefonu ona qaytarılmamışdır. O telefonu pul toplayaraq 800 manata almışdır. Onun içində işi ilə bağlı məlumatları vardır. Məhkəmə iclasında müdafiəçi X7 Şəxs İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətmədiyindən inzibati protokol üzrə işə xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və inzibati xəta haqqında protokolu tərtib etmiş və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilmir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması zamanı məlum olur ki, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin inzibati xəta tərkibində polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların tələblərinə tabe olmama halı sübuta yetirilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-cı maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə halda məhkəmə hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında materialın icraatına xitam verilməli və məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №3(008)-4008/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4008/2023
29.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver