Məhkəmə qərarları › İş №3(008)-4009/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4009/2023

31.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4009/2023 31.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib edən icra məmuru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, zərərçəkmiş X1 iştirakları ilə, xx xxxxxx 1986-cı il Şuşa rayonu, Malıbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şuşa rayonu, Malıbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana-450 qəsəbəsi, ev 390-da yaşayan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Şuşa rayon Məhkəməsinin 2(077)-28/2023 saylı, 12 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən 8000 (səkkiz min) manat məbləğində əsas, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8100 (səkkiz min yüz) manat pulun zərərçəkmiş X1 xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra şöbəsinin icra məmuru X5 tərəfindən MN № ******* saylı, 31 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, borclu Şəxs Şuşa rayon Məhkəməsinin 2(077)-28/2023 saylı, 12 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən 8000 (səkkiz min) manat məbləğində əsas, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8100 (səkkiz min yüz) manat pulun zərərçəkmiş X1 xeyrinə tam ödənilməsindən yayındığı üçün borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və borclu barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Borclu tərəfindən bu günə qədər hissə-hissə olmaqla 2000 (iki min) manat ödəniş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədi üzrə borcu ödəməkdən imtina etmir, sadəcə olaraq hal-hazırda maddi vəziyyəti yaxşı deyil. Borc məbləğindən 2000 (iki min) manat ödəniş etmiş, tam ödəniş etməyə maddi imkanı yoxdur. Borcu hissə-hissə ödəyərək tam bağlayacağına söz verir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X2 izahatında göstərmişdir ki, borc məbləğinin tam ödənilməsini tələb edir. Borclunun ödəməyə maddi imkanı olsada, ödəniş etməkdən müxtəlif bəhanələrlə yayınır. Barəsində qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Şuşa rayon Məhkəməsinin 2(077)-28/2023 saylı, 12 yanvar 2023-cü il tarixli icra vərəqəsinə əsasən 8000 (səkkiz min) manat məbləğində əsas, 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 8100 (səkkiz min yüz) manat pulun zərərçəkmiş X1 xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və zərərçəkmiş şəxsin vəkilinin izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, borclu Şəxs borc məbləğindən 2000 (iki min) manat Sabunçu rayon İcra Şöbəsinin depozit hesabına köçürmüşdür. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs Şuşa rayon Məhkəməsinin 2(077)-28/2023 saylı, 12 yanvar 2023-cü il tarixli icra vərəqəsinin icrasından imtina etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamənin icrasından imtina etmir, yaranmış borc məbləğindən 2000 (iki min) manat Sabunçu rayon İcra Şöbəsinin depozit hesabına köçürmüşdür. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar