Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4010/2023 07.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(008)-686/2018 saylı qərarına xitam verilməsi barədə X1 ərizəsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati xəta haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay müddətində icra etmədiyinə görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(008)-686/2018 saylı qərarına əsasən həmin Məcəllənin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. X3 vəsatət verərək inzibati cəriməni və ona hesablanmış dəbbə pulunu tam olaraq ödədiyini bildirmiş və nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(008)-686/2018 saylı qərarına xitam verilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş çıxarışdan görünür ki, X3 cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu tam şəkildə dövlət nəfinə ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Məhkəmə qeyd olunan hüquq normalarına əsasən inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, X3 cəriməni və dəbbə pulunu ödədiyinə görə onun ərizəsi təmin olunmalı, onun nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(008)-686/2018 saylı qərarının icrasına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 vəsatəti təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 1 il müddətinə məhdudlaşdırılması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(008)-686/2018 saylı qərarının icrasına xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinə həvalə edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-4010/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4010/2023
07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver