Məhkəmə qərarları › İş №3(008)-4014/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4014/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4014/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Tələbkar “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1990-cı il tarixdə Bakışəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Sabunçu Rayon İcra şöbəsinin icra məmuru Gülarə Mustafayeva borclu Şəxs barəsində Azərbaycan RespublikasıİXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakışəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1233/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinəəsasən Şəxs 2 ədəd “LG” markalı soyuducu, 3 ədəd “Samsung” markalı paltaryuyan üçün 1681 manat, 168 manat dəbbə pulu, ümumilikdə 1849 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxx” MMC-nəödənilməlidir. İcra sənədi icra şöbəsinin icraatına daxil olmuşdur. Borclu Şəxs bu günki tarixədək 1879 manat borcu yaranmışdır.Qeyd olunanları nəzərə alıb və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinə uyğun olaraq, borclu şəxs Nəbiyev X1 Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan ş əxs Şəxs maddi imkanı olmadığıüçün ödəniş edə bilmədiyini və hal-hazırda ödəniş imkanı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən tələbkar “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi X4 dəfələrləödəniş etməsi üçün Şəxslə danışıq apardığını, lakin Şəxs tərəfindən heç bir ödəniş edilmədiyini bildirərək, onun barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. İş materiala əlavə edilmişBakışəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1233/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinəəsasən Şəxs 2 ədəd “LG” markalı soyuducu, 3 ədəd “Samsung” markalı paltaryuyan üçün 1681 manat, 168 manat dəbbə pulu, ümumilikdə 1849 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq “xxxxxxxxxxx” MMC-nəödənilməlidir. Məhkəmə inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs icra sənədini qərəzli şəkildə icra etmir, belə ki, hazırda borclu olduğu 1879 manatın müqabilindəödəniş etmək niyyəti yoxdur, icra məmurunun xəbərdarlıqlarına məhəl qoymamışdır və bu səbəbdən Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli hesab edilməlidir. Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun özünün izahatı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, borcundan ödəniş etmək niyyətində olmamasını, icra sənədini icra etməkdən faktiki boyun qaçırdığını, məsuliyyəti yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati həbs tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Başİctimai Təhlükəsizlik İdarəsinə tabe olan X3 Saxlanılması Məntəqəsinə həvalə edilsin Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar