Məhkəmə qərarları › İş №3(008)-4024/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4024/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4024/2025 14.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 12 iyun 2025-ci il tarixli 01400-04733/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) 2024-cü ilin oktyabr ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 7056,34 AZN dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-001244/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. Faktla bağlı aparılmış araşdırma ilə əlaqədar “VİAFOOD’’ MMC-nin hal-hazırda fəaliyyət göstərib-göstərməməsi və rəhbəri barədə məlumat əldə etmək məqsədilə Gömrük Xidmətinin Vahid X1 əldə olunmuş məlumata əsasən, Şəxs MMC-nin xx.xx.2021ci il tarixdə ********** nömrəli VÖEN-lə hüquqi şəxs qismində qeydiyyata alındığı, hüquqi ünvanının ünvan 2inin aktiv olduğu və rəhbərinin X4 olduğu məlum olmuşdur. Bundan sonra, Şəxs MMC-nin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli, 3- 33-1700/2-002054/2025 saylı dəvət məktub göndərilmiş və MMC-dən ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 7056,34 manat məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməməsi ilə bağlı aparılan araşdırma ilə əlaqədar nümayəndəsinin müvafiq təsdiqedici sənədlərlə birlikdə 12 iyun 2025-ci il tarixdə Xaçmaz Gömrük İdarəsinə gəlməsini təmin etməsi xahiş edilmişdir. Lakin şirkətin heç bir nümayəndəsi Xaçmaz Gömrük İdarəsinə gəlməmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli “X2 Sistemi informasiya resursuna baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, “VİAFOOD’ MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2024-cü il tarixli, **********8031 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 7056,34 manat məbləğində vəsait “Viafood’’ MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 izahatını yazılı təqdim edərək göstərmişdir ki, VİAFOOD Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Rusiya Federasiyasının RVİ( RUSSİAN VENTURE İNVESTMENTS) şirkəti arasında bağlanmış 14 noyabr 2023- cü il tarixli RVİ- N20-VİA-311023 nömrəli müqaviləyə əsasən RVİ şirkətinin sifarişləri üzrə VİAFOOD MMC Rusiya Federasiyasına xx.xx.2024-cü il tarixli **********8031 nömrəli Gömrük bəyannaməsində göstərilmiş invoys dəyəri 38228 (Otuz səkkiz min iki yüz iyirmi səkkiz) manat, netto çəkisi 15700 kq təzə Xurma (şiş burun) meyvəsi ixrac edilmişdir. **********08031 nömrəli Gömrük bəyannaməsində göstərilən məhsul yaş məhsul olduğu üçün 2.46 kq təbii itki və 361.043 kq məhsul xarab olmaqla ümümilikdə 48542.03 ( qırx səkkiz min beş yüz qırx iki rubul 3 kopek) RUB dəyərində xx.xx.2024- cü il tarixli ********** nömrəli iddia (pretenziya) sənədi qarşılıqlı razılıq əsasında tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli **********6095 nömrəli Gömrük bəyannaməsində göstərilmiş invoys dəyəri 36000,00 (otuz altı min) manat, netto çəkisi 18000 kq təzə Xurma (şiş burun) meyvəsi ixarac edilmişdir. **********6095 nömrəli Gömrük bəyannaməsində göstərilən məhsul yaş məhsul olduğundan 18000 kq məhsul tamamilə xarab olmaqla ümümilikdə 40550.04 (qırx min beş yüz əlli manat dörd qəpik) manat dəyərində xx.xx.2024-cü il tarixli ********** nömrəli iddia (pretenziya) sənədi qarşılıqlı razılıq əsasında tərtib edilmişdir. Müqaviləyə əsasən iddia (pretenziya) sənədlərində göstərilən məbləğ çıxıldıqdan sonra ödəniş həyata keçirilir. xx.xx.2024-cü il tarixli ********** nömrəli iddia (pretenziya) sənədində göstərimiş 48542.03 (qırx səkkiz min beş yüz qırx iki rubul 3 kopek) Rubl dəyəri Azərbaycan Respublikasın Mərkəzi Bankının xx.xx.2025-ci tarixində 100 Russiya rublu Azərbaycan manatına məzənnəsi 2.1587 manat təşkil etmişdir ki, 48542.03 rubl 1047.87 manat olmuşdur. xx.xx.2024-cü il tarixli ********** nömrəli iddia (pretenziya) sənədində göstərilmiş 40550.04 manatın 6008.47 manat hissəsi **********8031 nömrəli Gömrük bəyannaməsində göstərilən məbləğdən çıxıldığ üçün 7056.34 manat dəyərində pul vəsaiti əksik ödənilmişdir. Pul vəsaitinin müvvəkil banka daxil olması tarixi ilə Dövlət Gömrük Komitəsinin VAİS sistemində göstərilən tarixdə 100 (bir yüz) Rusiya rublun Azərbaycan manatına məzənnəsi Azərbaycan Respublikasının Mərkəzi Bankınında göstərilən məzənnə fərqi olmuşdur. Bunun nəticəsi olaraq gömrük bəyannaməsində göstərilmiş məbləğlə hesablaşma (bank) hesabına daxil olan məbləğ arasında fərq yaranmışdır. Həmçinin, “Ticarət və ictimai iaşə sahəsində qida məhsullarının təbii itki normalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabineti 307 nömrəli qərarının müddəlarını nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “VAİS”-ə baxış protokolundan görünür ki, “VİAFOOD'’ MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə xx.xx.2024-cü il tarixli, **********8031 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 7056,34 manat məbləğində vəsait “VİAFOOD’’ MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiva yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. Hüquqi şəxs Şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqaviləyə istinad etməklə Xaçmaz Gömrük İdarəsində ümumilikdə 1 (bir) gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 7056,34 manat dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 7056,34 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsi tərəfindən tərtib edilmiş 12 iyun 2025-ci il tarixli 01400-04733/25 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin (VÖEN:**********) 2024-cü ilin oktyabr ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 7056,34 AZN dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş və xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə etdiyi xarici valyuta vəsaitlərini Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Şəxs MMC-nin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankının hesabına köçürməmişdir. Xarici valyuta vəsaitlərinin müvəkkil edilmiş bankının hesabına köçürülməsinin təmin edilməsi ilə bağlı şirkətin qeydiyyatda olduğu ünvana xx.xx.2025-ci il tarixli 3-33-1700/2-001244/2025 nömrəli bildiriş göndərilsə də, hazırkı dövrə qədər qeyd olunan vəsaitlərin köçürülmədiyi müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən “ARVİAY" SC şirkətinə **********8031 sorğu nömrəli mallar ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanın 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin, fərmanda göstərilən müddətin bitməsinə baxmayaraq hüquqi şəxs tərəfindən yuxarıda qeyd edilmiş gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesablarına hər hansı vəsait daxil olmamışdır. Şəxs MMC-nin gömrük qaydaları əleyhinə olan İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 12 iyun 2025-ci il tarixli 01400-04733/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X4 Şəxs MMC-nin Rusiya Federasiyasının “ARVİAY" SC şirkəti ilə olan məhsulun xarab olması, eləcə də nəzərdə tutulmuş keyfiyyətə cavab verməməsi səbəbindən qarşılıqlı pretenziya sənədi təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş sənədlərlə bağlı qeyd edir ki, məhsulların xarab olması ilə bağlı məhkəmə iclasında istinad edilən “pretenziya” sənədləri maraqlı tərəflər arasında bağlandığından həmin sənədlər əhəmiyyətsiz əqd kimi qəbul edilməli və sübut kimi qiymətləndiriİməməlidir. Belə ki, beynəlxalq təcrübədə bir president kimi formalaşmış qayda vardır ki, məhsul xarab və ya yararsız olduqda idxal və ixrac edən şəxslərin nümayəndələri həmin akt üzrə maraqlı olmayan tərəf (dövlət orqanı, müstəqil ekspert, mütəxəssis və ya arbitr) müvaffiq aktın tərtib olunmasında iştirak edir, həmçinin aidiyyəti laborator analizlər, əlaqədar sənədlər və xarab olmuş məhsullara aid foto və video çəkilişlər akta qoşma edilir Həmçinin xarab olan mallar ilə əlaqədar məhvetmə müvafiq qaydada rəsmiləşdirilməlidir. Bu sahədə formalaşmış təcrübədən görünür ki, xarici ölkədə malların xarab olması halında malın sahibi xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini və bu barədə akt tərtib edilməsini təmin etmək vəzifəsi daşıyır. Yalnız belə hallarda tərtib edilmiş akt mənbəyinə, inandırıcılığına görə mötəbər sübut kimi qəbul oluna və nəzərə alına bilər. Həmçinin, Azərbaycan Respublikasında gömrük orqanlarına təqdim edilmiş malların məhv edilmə halları və qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 5 sentyabr tarixli 247 nömrəli qərarı ilə tənzimlənir. Əks təqdirdə, ixrac olunan malların xarab olması halında ixracatçı və idxalatçı şəxslər arasında tərtib edilmiş müvafiq sənədlər (akt, pretenziya, kredit nota) maraqlı tərəflər arasında bağlandığından həmin sənədlər əhəmiyyətsiz əqd kimi qəbul edilməli və sübut kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bu sahədə formalaşmış təcrübədən, eyni zamanda qanunvericiliyin tələblərindən görünür ki, xarici ölkədə malların xarab olması halında malın sahibi xarab olmuş məhsula müvafiq xarici dövlətin gömrük orqanının nümayəndəsinin iştirakı ilə baxış keçirilməsini və bu barədə müvafiq normativ sənəd tərtib edilməsini təmin etmək vəzifəsi daşıyır. Yalnız belə hallarda tərtib edilmiş normativ sənəd mənbəyinə, inandırıcılığına görə Azərbaycan Respublikası İXM-nin 75 və 76-cı maddələrinə əsasən mötəbər sübut kimi qəbul oluna və nəzərə alına bilər. Mövcud fakt üzrə maraqlı tərəflər arasında tərtib edilən Şəxs MMC-nin istinad etdiyi sənədlər İXM-nin 75 və 76-cı maddələrində göstərilən mötəbərlik tələblərinə cavab vermir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 2024-cü ilin oktyabr ayı ərzində 1 gömrük bəyannaməsi üzrə 7056,34 AZN dəyərində “meyvə” məhsullarını Xaçmaz Gömrük İdarəsində gömrük bəyannaməsi ilə rəsmiləşdirməklə Rusiya Federasiyasına ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********8031 nömrəli gömrük bəyannaməsi əsasında ixrac edilmiş yüklərin müqabilində qaytarılmalı olan 7056,34 manat məbləğində vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla da Şəxs MMC-nin gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 12 iyun 2025-ci il tarixli 01400-04733/25 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 7056,34 (yeddi min əlli altı manat otuz dörd qəbik) manat valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında, yəni 2116,902 (iki min yüz on altı manat doqquz yüz iki qəpik) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar