Məhkəmə qərarları › İş №3(008)-4034/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4034/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4034/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin törətdiyi inzibati xəta barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən EP ******* saylı, xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında aparılan araşdırma nəticəsində müəyyən olundu ki, təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC-nin 44720.00 ABŞ dolları məbləğində vəsaiti 06 iyul 2021-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 44720.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və Azərbaycan Respublikası Mərkəzi Banka məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdarlıq edilsə də səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş və işin təxirə salınması barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin və Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Mərkəzi Banka ünvanladığı xx.xx.2023-cü il tarixli, KB-29/2-107/2023 saylı məktubundan görünür ki, Şəxs MMC tərəfindən aparılan qabaqcadan ödəniş günündən 2 (iki) il keçib, lakin gömrük bəyannaməsi təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş 05 iyul 2021-ci il tarixli köçürmə ərizəsindən görünür ki Şəxs MMC tərəfindən 44720.00 ABŞ dolları məbləğində vəsait müvafiq rekvizit üzrə köçürülmüşdür. Şəxs MMC-nin İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə tam sübuta yetir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 44720.00 ABŞ dolları iyirmi faiz, yəni 8944 ABŞ dolları miqdarında (pozuntunun baş verdiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə) inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev İş № 3(008)-4034/2023 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 06 sentyabr 2023-cü il Bakı şəhəri SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi ilə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxır. Sədrlik edən saat 15:00-da məhkəmə iclasını açıq elan edir və hansı işə baxıldığını bildirir. Katib məlumat verərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və Mərkəzi Bankın nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Sədrlik edən yerində müşavirə edib QƏRARA ALDİ: Məhkəmə iclası barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC və Mərkəzi Bankın səlahiyyətli nümayəndələrinin iştirakı olmadan davam etdirilir. Sədrlik edən iş materiallarında olan EP ******* saylı, xx.xx.2023-cü il tarixli protokolu elan edir. Sədrlik edən baxılan material üzrə sənədləri araşdırır və təqdim olunmuş sənədləri tədqiq edir. Sədrlik edən məhkəmə araşdırmasının başa çatdığını elan edirəm. Sədrlik edən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması üçün müşavirə otağına gedir, müşavirə otağından qayıdaraq qərarı elan edir. Məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən: Katib: İş № 3(008)-956/2023 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ HAQQİNDA QƏRARDAD xx.xx.2023-cü il Bakı şəhərində Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə materiala baxaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsinə əsasən MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs MMC barəsində toplanmış inzibati material məhkəməyə daxil olmuşdur. İş materialları ilə tanış olub hesab edirəm ki, iş aidiyyatı üzrə düzgün göndərilib. İşin məhkəmədə baxılmasını istisna edən hallar yoxdur. İnzibati xəta haqqında protokol və işin digər materialları İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. İşin icraatını rədd edən hallar mövcud deyil. İşin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. İş üzrə vəsatətlər və etirazlar yoxdur. Qeyd olunanlara nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: 1 Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati materialın baxılması məhkəmənin icraatına qəbul edilsin.

2. İşin məhkəmə iclası xx.xx.2023-cü il tarixə, saat 15:00-a məhkəmə binasına təyin edilsin.

3. İş üzrə tərəflər məhkəməyə çağırılsın.

Hakim: Anar Rzayev

AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ

AZ 18750, Bakı şəhəri, Tel: (012) 452-53-50 Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8” Faks: (012) ***-**-** www.sabuncucourt.gov.az Elektron ünvan İş № 3(008)-376/2023 31 yanvar 2023-cü il

Şəxs MMC-nin Azərbaycan Respublikasındakı filialı MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, 2ci Zabrat dairəsi, 133

Azərbaycan Respublikası Mərkəzi Bankına

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-376/2023 saylı, 31 yanvar 2023cü il tarixli qərarının surəti məlumat üçün Sizə göndərilir.

Qoşma: qərarın surəti « » vərəqədə

Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar