Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4061/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-cı il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Quba rayonu, Vəlvələ Ə/D, Vəlvələ kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü polis bölməsindən daxil olmuş 11 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 27 may 2022-ci il tarixdə, Maştağa qəsəbəsində, YYM-də yol kənarında saxlanılan Nissan **-CF- *** dövlət qeydiyyat nişanlı avtomaşını Şəxs cızaraq X2 500 manat məbləğində maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, Qızqayıt Cəfərovanın maşınına hər hansı ziyan vurmamış, onun maşınını cızmamışdır. Qızqayıt Cəfərova mənim həyat yoldaşımın keçmiş arvadıdır. O, sadəcə onlar ailə həyatı qurandan hər dəfə narazılıq yaratmaq üçün müxtəlif bəhanələr axtarır. O, bu məsələ ilə polis bölməsinə dəvət edilərək izahat vermişdir. Orada da bildirmişdir ki, o, heç vaxt Qızqayıt Cəfərovanın maşınını cızmamış və ona maddi ziyan vurmamışdır. Qızqayıt Cəfərova ona iftira atır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Qızqayıt Cəfərova bildirmişdir ki, onun maşınını cızan məhz Şəxsdır. Şəxs onun həyat yoldaşı ilə ailə həyatı qurduqdan sonra məhkəmə qətnaməsi ilə Gülçinin hazırki həyat yoldaşına məxsus evdən ona da pay verildiyindən Gülçin bunun əvəzini çıxmaq üçün ona daima narahatlıq yaradır. Şəxs barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Qızqayıt Cəfərova bildirmişdir ki, onun maşınını məhz Şəxs cızmasına dair hər hansı sübutu yoxdur. Lakin o, şübhələnir ki, bunu edən Şəxsdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 iyun 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs 27 may 2022-ci il tarixdə, Maştağa qəsəbəsində, YYM-də yol kənarında saxlanılan Nissan **-CF-*** dövlət qeydiyyat nişanlı avtomaşını Şəxs cızaraq X2 500 manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokolda göstərilən Şəxs izahatından görünür ki, o, həmin izahatında heç bir maşına ziyan vurmadığını, 10 ildir ki, Qızqayıtla münaqişələri davam etdiyini bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 05 iyun 2022-ci il tarixli qərara əsasən X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Sabunçu RPİ-nin 14-cü PB-nin polis sahə inspektoru tərəfindən qəbul edilmiş 11 iyun 2022-ci il tarixli qərardada əsasən Quba rayonu, Vəlvələ Ə/D, Vəlvələ kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi ilə əlaqədar inzibati qaydada icraat açılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. AR İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraat xitam verilməlidir. Belə ki, iş materiallarında AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut yoxdur. İş materiallarına yalnız inzibati xəta haqqında protokol sübut kimi əlavə olunaraq material məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Məhkəmə AR Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq qeyd edir ki, inzibati xəta haqqında protokol ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən xüsusatlar iş materiallarında olan digər mötəbər sübutlarla təsdiq olunmalıdır ki, hazırki iş materiallarında inzibati xətanın Şəxs tərəfindən törədilməsini təsdiq edən heç bir sübut olmamaqla məhkəmə iclasında da zərərçəkmiş şəxs və barəsində icraat aparılan şəxsin izahatları ilə həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında Şəxs müvafiq inzibati xətanı törətmədiyini, Qızqayıt Cəfərova isə sadəcə şübhəsi əsasında avtomobilini Şəxs cızmasını güman etdiyini bildirmiş və buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş materiallarda Şəxs AR İXM-nin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən bir dənə də olsun sübut yoxdur ki, bu da məhkəmənin Şəxs əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlməsinə əsas verir. Məhkəmə qeyd edir ki , inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edildiyindən, hazırda iş materiallarında Şəxs AR İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut olmadığından məhkəmə hesab edir ki, bütün şübhələr Şəxs xeyrinə həll edilməlidir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Odur ki, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4061/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4061/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver