Məhkəmə qərarları › İş №3(008)-4071/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4071/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4071/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X17 qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndisi X5, X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Əmək müfəttəişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarına görə ona əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat cərimə yazılmışdır. Onun barəsində protokolun surəti poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ona verilməmişdir. Qeyd olunan maddəyə əsasən, onun barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarın verilməsi və 3000 manat cərimə tədbiq olunması əsassızdır. Ona görə ki, onun işçilərin işə qəbul edilməsi və azad edilməsi barədə məlumatı olmayıb, o həmin işçiləri işə qəbul və azad etməmişdir. Onun bu protokoldan və qərardan xəbəri olmamışdır. Ona heç bir SMS və ya bildiriş göndərilməmişdir. O protokolla və qərarla razı deyil, inzibati xətanı o törətməmişdir. Hesab edir ki, oun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Əmək müfəttəişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli MN ******* nömrəli Qərar qanunsuz və əsassızdır. Belə ki, xx.xx.2025-ci il tarixli AT-xx/xx-2025-saylı müqavilə əsasında anası F/Ş X4 ilə icarəçi X13 arasında həmin obyektin işlədilməsi ilə bağlı İcarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsinə əsasən işçinin etdiyi bütün qanun pozuntularına məsuliyyət daşıyan şəxs icarəçi X8r. Qeyd olunan obyektlə bağlı onun heç bir əlaqəsi yoxdur. Belə olan halda onun 3000 manat məbləğində cərimələməyi nəyə əsaslanmışdır. Qeyd edir ki, protokol və qərarın surəti ona təqdim edilməmiş, onun izahatı alınmamış və protokolla tanış edilməmişdir. Bu barədə ona hər hansı bir bildiriş və sms gəlməmişdir. Qərarın surətini o xx.xx.2025-ci il tarixdə poçtdan almışdır. Ona görə də hesab edir ki, o qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edildiyindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi yanında Dövlət Əmək müfəttəişliyi Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* Qərarı ilə AR İXM-nin 192.1 -ci maddəsi ilə 3000 manat cərimə olunmağı barədə qəbul edilmiş Qərarının ləğv edilməsi barədə Qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, ünvan 1ndə yerləşən avtoyuma məntəqəsinin ona məxsus deyil, anasına məxsusdur, anası xəstə olduğundan polisdən çağırılarkən o getmişdir, ona görə izahjatda onun işlətdiyi yazılmışdır. Bundan başqa ona vəzifəli şəxs kimi cərimə yazıla bilməz, belə ki, onun vöeni olsa da, çoxdan olmuş, əkinçilik və kənd təsərrüfatı üzrə məsləhətlər vermə ilə məşğul olması ilə bağlı vöen açdırmışdır, açılmış vöenin bu məsələyə aidiyyatı yoxdur. Odur ki, şikayətinin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X11 izahat verərək bildirmişdir ki, vəzifəli şəxs X15 tərəfindən X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bununla da barəsində 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş X12 məxsus izahatdan da görünür ki, X13 2024-cü ilin noyabr ayının 27-sindən ona məxsus ünvan 1ndə yerləşən avtoyuma məntəqəsində qazancın 60%-i ona, 40%-i isə, ona qalmaq şərtilə, əmək müqaviləsi bağlamadan işçi kimi işləmişdir. Qeyd olunanları nəzərə alaraq X2 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən qəbul edilmiş 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X4 izahatından bildirmişdir ki, ünvan 1ndə yerləşən avtoyuma məntəqəsi ona məxsusdur, həmin avtoyumanın oğluna heç bir aidiyyatı yoxdur, o icarəyə vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati tənbeh vermə haqqında” 23 iyun 2025-ci il tarixli MN ******* nömrəli qərardan görünür ki, vəzifəli şəxs X15 tərəfindən X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2025ci il tarixədək ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, bununla da barəsində 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir; Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, X7 adına fəaliyyəti istiqaməti əkinçilik və kənd təsərrüfatı, ətraf mühüt sahəsində məsləhətlər olan ********** saylı VÖEN xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vəzifəli şəxs X15 tərəfindən X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsinə görə İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə barəsində 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək bildirmişdir ki, ünvan 1ndə yerləşən avtoyuma məntəqəsinin ona məxsus deyil, anasına məxsusdur, anası xəstə olduğundan polisdən çağırılarkən o getmişdir, ona görə izahjatda onun işlətdiyi yazılmışdır. Bundan başqa ona vəzifəli şəxs kimi cərimə yazıla bilməz, belə ki, onun vöeni olsa da, çoxdan olmuş, əkinçilik və kənd təsərrüfatı üzrə məsləhətlər vermə ilə məşğul olması ilə bağlı vöen açdırmışdır, açılmış vöenin bu məsələyə aidiyyatı yoxdur. Odur ki, şikayətinin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X4 izahatından bildirmişdir ki, ünvan 1ndə yerləşən avtoyuma məntəqəsi ona məxsusdur, həmin avtoyumanın oğluna heç bir aidiyyatı yoxdur, o icarəyə vermişdir. Məhkəmə verilmiş şikayət ərizəsini iş matarialları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, X7 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi konkret sübutlarla öz təsdiqini tapsada belə, onun barəsində vəzifəli şəxs kimi inzibati cərimə tətbiq edilməsi əsaslı olmamışdır. Belə ki, İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə araşdırması zamanı X7 ********** saylı VÖEN əsasında hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması müəyyən olunsa da, həmin sahibkarlıq fəaliyyətinin məqsədinin əkinçilik və kənd təsərrüfatı, ətraf mühüt sahəsində məsləhətlər kimi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınması müəyyən edilmişdir. Göründüyü kimi, X7 fərdi sahibkar kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyatdan keçməsi avtoyuma məntəqəsinin fəaliyyət göstərməsindən çox əvvəl olmuş, eyni zamanda sahibkarlıq fəaliyyətinin məqsədi hər hansı digər fəaliyyət sahəsi deyil, məhz əkinçilik və kənd təsərrüfatı, ətraf mühüt sahəsində məsləhətlər olmuşdur. Beləliklə, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyət daşıdığından, X7 avtoyuma məntəqəsində hər hansı şəxsi əmək müqaviləsi bağlamaqla işlərin görülməsinə cəlb etməsi onun fərdi sahibkar kimi vəzifələrindən irəli gəlmədiyindən məhkəmə hesab edir ki, o, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı vəzifəli şəxs kimi törətməsi ilə bağlı məsuliyyətə cəlb edilə bilməz. Təsadüfi deyil ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində hüquqi şəxs, vəzifəli şəxslə yanaşı, fiziki şəxsində inzibati məsuliyyətə cəlb edilməsini nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, X9 barəsində qəbul edilmiş 23 iyun 2025ci il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X9 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X9 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası ƏƏSMN-nin X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli 23 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası ƏƏSMN-nin Bakı şəhər İdarəsinin MN ******* nömrəli 23 iyun 2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar