Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4075/2025 07.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Nefçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivi, Əziz Nəzərov küçəsi, ev 7b, mənzil 64, məhəllə 6017 ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 07 iyul 2025-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən 07 iyul 2025-ci il tarixdə 03:45 radələrində, Yavər Əliyev küçəsində Şəxs tərəfindən idarə olunan **-GO-*** dövlət qeydiyat nişanlı avtomobil DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, polisin qanuni tələbinə qəsdən tabe olmamış və 07 iyul 2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzində sidiyin analizi zamanı Şəxs MET (+), AMP (+) narkotik maddə aşkar olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 07 iyul 2025-ci il tarixdə 03:45 radələrində, Yavər Əliyev küçəsində DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, o həmin vaxt sərxoş olmuş, hadisəni tam xatırlamır, narkotik vasitələrdən istifadə etmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 07 iyul 2025-ci il tarixli protokol tərtib olunduğunu, odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri DYPİ-nin YPX Alayına bilavasitə tabe olan MEB 4-cü tağımın YPX inspektoru, polis baş serjantı Kənan Bağırlı izahatında göstərdi ki, 07 iyul 2025-ci il tarixdə 03:45 radələrində, Yavər Əliyev küçəsində Şəxs tərəfindən idarə olunan **-GO-*** dövlət qeydiyat nişanlı avtomobil tərəfindən saxlanılmış, şəxsin həmin vaxt içkili olduğu açıq-aydın görünməsinə baxmayaraq şəxs içkili olmadığını bildirərək polisin qanuni tələbinə qəsdən tabe olmamış, avtomobilin açarını verməmiş, müayinəyə getməkdən imtina etmiş, yayınmağa çalışmışdır, onu 13-cü polis şöbəsinə gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş 07 iyul 2025-ci il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs 07 iyul 2025-ci il tarixdə 03:45 radələrində, Yavər Əliyev küçəsində Şəxs tərəfindən idarə olunan **-GO-*** dövlət qeydiyat nişanlı avtomobil DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, polisin qanuni tələbinə qəsdən tabe olmamış və 07 iyul 2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzində sidiyin analizi zamanı Şəxs MET (+), AMP (+) narkotik maddələr aşkar olunmuşdur; 07 iyul 2025-ci il tarixli, 3976 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MET (+), AMP (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; xx.xx.2025-ci il tarixli Bakı şəhəri DYPİ-nin YPX Alayına bilavasitə tabe olan MEB 4cü tağımın YPX inspektoru, polis baş serjantı Kənan Bağırlı tərəfindən tərtib edilmiş raportdan görünür ki, həmin tarixdə xidmətdə olduğu Yavər Əliyev küçəsində sərxoşluq vəziyyəti olmasında şübhələndiyi Mercedes markalı ** GO *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlamış, yoxlama zamanı sürücünün sərxoş olduğunu görmüş, buna baxmayaraq sürücü içki içməyini boynuna almayıb məsuliyyətdən yayınmaq üçün qanundan kənar yollara əl atmağa başlamış, onu patrul avtomaşını vasitəsilə həkim müayinəsinə aparmışlar. Sürücü Şəxs həkim müayinəsindən də boyun qaçırmış, həkim imtina barədə akt yazıb onu yola salmış, sürücü idarə etdiyi avtomobili duracağa yerləşdirmək üçün ondan açarları istəmiş, sürücü bundan da imtina etmiş, onların iş prosesini şəxsi telefonu ilə videogörüntüyə alaraq barəsində nalayiq ifadələr işlətmişdir. Nə sənədlərini təqdim etmiş nə müayinə tələblərinə tabe olmuş, nə maşının açarını təqdim etmişdir. Bu barədə qanuni tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 03:45-də tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 07 iyul 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və tibbi müayinə zamanı narkotik vasitə və psixotrop maddədən istifadə etdiyi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli 07 iyul 2025-ci il tarixdən saat 03:45-dan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 07 iyul 2025-ci il tarixindən saat 03:45-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4075/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4075/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver