Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4076/2024 11.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Famil Camalovun , Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 09 iyun 2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən evinin qarşısında qonşularına qarşı nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Bundan başqa Şəxs 08 iyun 2024-cü il tarixdə Maştağa qəsəbəsi, Daş Karxanası ərazisində qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi tərəfindən 11 iyun 2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında qeyd etmişdir ki, onun barəsində olan şikayətlər böhtandır. O, işdən çıxıb evinə gələn zaman yemək məhsulları və spirtli içki almış, içib qurtardıqda sonra qonşusu Əfqanın ona qarşı etdiyi haqsız davranışları yadına saldıqda ona qarşı nalayiq ifadələr işlətmişdir. Qonşuları Elman və Əfqan adlı şəxslər onun haqqında yalan məlumatlar verərək onu tutduracaqlarını bildirmişdirlər. Polis əməkdaşları gələrək onu 14cü Polis Şöbəsinə təmin etmişdirlər. 09 iyun 2024-cü il tarixdən inzibati qayadada tutlmuşdur. İçkili olub Əfqanı təhqir etdiyi üçün peşmandır. Bir daha belə halların təkrarlanmayacağını bildirmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı Famil Camalov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 09 iyun 2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən evinin qarşısında qonşularına qarşı nalayiq küçə söyüşləri söyərək və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Şəxs 09 iyun 2024-cü ildə bölməyə gətirilmiş, yəni həmin tarixdə tutulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, qonşuluqda yaşayan Şəxs adlı şəxs mütəmadi olaraq spirtli içki təsiri altında onlara daimi olaraq söyüş, nalayiq hərəkətlər etmişdir. Sonuncu dəfə 08 iyun 2024-cü il tarixdə gecə vaxtı onu və digər qonşusu Əfqanı nalayiq söyüşlərlə təhqir etmişdir. Qonşusunun həmin vaxt üzərində telefon olduğundan polisə zəng etmiş və polis əməkdaşları gəlib onu aparmışdırlar. Həmin vaxtı Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, qohumu olan dayısı oğlu Səmədov X2 rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında öz dostları ilə spirtli içki qəbul etdikdən sonra nalayiq söyüşlər söyüb, onları hədələyərək əhali sakinlərinin istirahətini pozmuşdur, onlar polisə məlumat vermiş, polis əməkdaşları gələrkən Sakit onların tələblərinə tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 11 iyun 2024-cü il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 iyun 2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Daş Karxanasında yerləşən evinin qarşısında qonşularına qarşı nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 11 iyun 2024-cü il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 08 iyun 2024-cü il tarixdə Maştağa qəsəbəsi, Daş Karxanası ərazisində qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; DİN-nin 8-ci patrul bölüyünün polis nəfərləri, polis serjantları tərəfindən tərtib edilmiş 08 iyun 2024-cü il tarixli raportdan görünür ki, 08 iyun 2024-cü il tarixdə saat 23:50 radələrində inzibati ərazidə xidmətdə olarkən RPİ-nin 14-cü PB-nin növbətçi hissəsindən onlara efir vasitəsi ilə Ramana qəsəbəsi, Zeytunçuluq sovxozunda münaqişə olduğu bildirilmiş, onlar dərhal deyilən ünvana gedərək münaqişə edən şəxsləri 09 iyun 2024-cü il tarixdə aidiyyəti üzrə 14-cü PŞ-nə gətirib raportla növbətçi hissəyə təhvil vermişdirlər. Şöbədə məlum olmuşdur ki, həmin vətəndaş Şəxsdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 11 iyun 2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar və Şəxs izahatı, şahid ifadəsi və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 09 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4076/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4076/2024
11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver