Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4079/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X34 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Şikayət vermiş şəxs X2, Qərarı barəsində şikayət verilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin nümayəndəsi X20 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı “X33 haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı “X33 haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onunla icarəyə verən X24 ilə aralarında xx.xx.2023-cü il tarixli “İcarə Müqaviləsi” əsasında icarəyə verənə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov M 2B Saylı sahənin 250 kv.m ümumi sahəsini icarəyə götürərək orada “hamam” fəaliyyəti ilə məşğul olur. Bildirir ki, xx.xx.2010cu il tarixində İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X30 Üzrə Baş İdarəsində Fiziki şəxs kimi vergi uçotuna alınaraq ********** saylı Vöen alaraq fəaliyyət göstərməyə başlamışdır. Bildirir ki, həmin Vöen əsasında icarəyə götürdüyü obyektdə fəaliyyət göstərməyə başlamışdır. Həmçinin bildirir ki, onun icarəyə götürdüyü obyektin yan hissəsi kafe tipli restorandır. Həmin sahəni isə icarəyə götürən X16 icarəyə verən X24 ilə aralarında xx.xx.2024-cü il tarixli “İcarə Müqaviləsi” əsasında icarəyə verənə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov M 2B Saylı sahənin 150 kv.m ümumi sahəsini icarəyə götürərək orada “kafe” fəaliyyəti ilə məşğul olur. Bildirir ki, X1 Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri, X30 Üzrə Baş İdarəsində Fiziki şəxs kimi vergi uçotuna alınaraq **********2 saylı Vöen alaraq fəaliyyət göstərməyə başlamışdır. Həmin Vöen əsasında X24 icarəyə götürdüyü obyektdə fəaliyyət göstərməyə başlamışdır. Qeyd etmək istəyir ki, onun işlətdiyi hamamla X18 işlətdiyi kafenin (restoranın) arası açıqdır. Hər biri ayrı-ayrılıqda fəaliyyət göstərirlər. Həmçinin işlətdikləri hamam və kafenin kassa aparatları da bir birinə yaxındır. Bildirir ki, xx.xx.2025-ci il tarixində işlətdiyi hamamda kimyəvi təmizləyicilər vasitəsi ilə təmizləmə işləri aparılmışdır. Bir müddət sonra mənim kassada olan işçi X23 ilə, kafeni işlədən və həmin vaxtı öz kassasında olan X5 pozulmuşdur. Həmin vaxtı dərhal X38 çağırmışlar. Həkimlər gələrək X19 və X21 müayinə etmiş və ilkin yardım göstərmişlər. Ondan sonra həmin şəxslərin səhəti yaxşılaşmışdır. Bir müddət sonra X28 guya ki, o, X24 ilə əmək müqaviləsi hüququ qüvvəyə minmədən X21 işlərin görülməsinə cəlb etdiyini əsas gətirərək barəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı Protokol, daha sonra isə həmin protokola əsasən barəsində xx.xx.2025-ci il tarixli MN N-1870217 saylı “X33 haqqında” Qərar çıxarılmışdır. Bildirir ki, həmin qərara əsasən guya ki o, Azəbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə sörə) və 555.1-ci maddəsinin istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə) tələblərini pozmuşdur. X29 Məcəlləsinin 192.1-ci maddəsinin heç bir tələbini pozmamışdır. Çünki məhkəməyə təqdim etdiyi X18 “İcarə Müqaviləsi”ndən və Vöen məlumatlarından görünür ki, X24 özü sahibkardı, həmin icarəyə götürdüyü yerdə “kafe” (restoran) fəaliyyəti ilə məşğuldu. Sadəcə olaraq icraəyə götürdükləri yerlərin arası açıq olduğu üçün kimyəvi təmizləyici maddələrdən onun da halı pisləşmişdir. X28 xx.xx.2025-ci il tarixli MN ******* saylı Protokol və həmin protokola əsasən barəsində xx.xx.2025-ci il tarixli MN N-1870217 saylı X33 Haqqında Qərarı çıxaran zaman düzgün araşdırma aparmamış, X18 onun işçisi olduğunu hesab etmişdir. Halbuki, X24 özü ayrıca X30 Üzrə Baş İdarəsində Fiziki şəxs kimi vergi uçotuna alınaraq **********2 saylı Vöen alaraq fəaliyyət göstərir. Həmçinin tərtib olunan qərarın digər səbəbi kimi göstərilən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi- “işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsini” -hissəsi də tamamilə əsassızdır. Çünki, onun işlətdiyi yer istehsalat deyil, həmçinin hadisə baş verən kimi X36 müraciət etmişdir və həkim gələrək səhəti pisləşən şəxslərə ilkin tibbi yardım göstərmişdir. Göründüyü kimi, X10 barəsində tərtib etdiyi xx.xx.2025-ci il tarixli MN ******* saylı Protokol və həmin protokola əsasən tərtib olunan xx.xx.2025-ci il tarixli MN ******* saylı X33 Haqqında Qərar tam əsassızdır. Göstərilən səbələrdən hesab edir ki, həmin qərar ləğv edilməlidir. Yuxarda qeyd olunanları və Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsini rəhbər tutaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X28 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli MN ******* saylı Protokola əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı “X33 haqqında” qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin nümayəndəsi X27 izahatında göstərdi ki, qarşı tərəf istehsalatda baş vermiş hadisə ilə bağlı onlara məlumat verməmişdir. Həmçinin araşdırma nəticəsində şikayət vermiş şəxsin X11 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı da öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən verilmiş şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “X33 haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin İdarəyə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “X33 haqqında” qərardan görünür ki, X17 və X8 xx.xx.2025-ci il tarixdə səhətinin pozulması ilə nəticələnmiş hadisənin araşdırılması zamanı fiziki şəxs X7 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X9 işlərinin görülməsinə cəlb edildiyi, Vəfa Qəhrəmanovanın səhətinin pozulması ilə bağlı hadisə baş verdiyi gün X28 Xidmətinə məlumat vermədiyi məlum olmuşdur. “İcarəyə verən” X24 ilə “İcarəçi” X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, “İcarəyə verən” X24 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov M 2B saylı sahənin 250 kv.m ümumi sahəsini “İcarəçi” X4 icarəyə verir, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilə xx.xx.2023 – xx.xx.2026 (Üç) il müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Fiziki şəxsin sahibkarlıq uçotu haqqında” Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********). “İcarəyə verən” X24 ilə “İcarəçi” X16 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “İcarə müqaviləsi”ndən görünür ki, “İcarəyə verən” X24 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov M 2B saylı sahənin 150 kv.m ümumi sahəsini “İcarəçi” X12 icarəyə verir, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilə xx.xx.2024 – xx.xx.2027 (Üç) il müddətinə bağlanmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinə dair əsas məlumatlardan olan çıxarışdan görünür ki, X16 xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********). Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə – min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. İş materiallarından müəyyən edilmişdir ki, X28 Xidməti tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması və araşdırma zamanı şəxsin hüquqlarının təmin edilməməsi, eləcə də X2 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəyə əsasən:
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Məhkəmə iclasında aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X7 xx.xx.2010-cu il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********). “İcarəyə verən” X24 ilə “İcarəçi” X7 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “İcarə müqaviləsi”nə əsasən “İcarəyə verən” X24 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov M 2B saylı sahənin 250 kv.m ümumi sahəsini “İcarəçi” X4 icarəyə vermiş, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2023 – xx.xx.2026 (Üç) il müddətinə bağlanmışdır. Bundan başqa aparılmış araşdırma nəticəsində o da müəyyən olunmuşdur ki, X16 xx.xx.2024-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır (VÖEN **********). “İcarəyə verən” X24 ilə “İcarəçi” X16 arasında bağlanmış xx.xx.2024-cü il tarixli “İcarə müqaviləsi”nə əsasən “İcarəyə verən” X24 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov M 2B saylı sahənin 150 kv.m ümumi sahəsini “İcarəçi” X12 icarəyə vermiş, “İcarəçi” isə icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə xx.xx.2024 – xx.xx.2027 (Üç) il müddətinə bağlanmışdır. Göründüyü kimi X2 X16 ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması, həmçinin X8 özünün vergi ödəyicisi kimi icarə müqaviləsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ramiz Qəmbərov M 2B saylı sahənin 150 kv.m ümumi sahəsini icarəyə götürməsi halları X28 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən ətraflı araşdırılmamışdır. Bundan başqa məhkəmə iclasında aparılmış araşdırma nəticəsində həmçinin müəyyən olunmuşdur ki, Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nın 2.6-cı bəndinə əsasən bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı akt tərtib edilməli və onun 1 nüsxəsi mütləq zərər çəkən işçiyə təqdim olunmalı olduğu halda qanunvericiliyin bu tələblərinə də riayət olunmamışdır. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük X33 haqqında qərarı qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməlidir. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X7 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə hesab edir ki, X28 Xidməti Bakı şəhər İdarəsi bədbəxt hadisənin təhqiqatı başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada İZ formalı aktın tərtib edilib edilməməsi, tərtib edilmişdirsə İZ formalı aktın 1 nüsxəsinin zərər çəkən işçiyə təqdim olunub olunmaması ilə bağlı halları da araşdırmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X7 barəsində xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “X33 haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də, X7 Azərbaycan Respublikası İXMin 192.1 və 555.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərar ləğv edilməli və iş yenidən baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Şikayət qismən təmin edilsin. X2 barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı “X33 haqqında” qərar ləğv edilsin. X7 barəsində Azərbaycan Respublikası İXM-in 192.1 və 555.1-ci maddələri ilə inzibati xəta haqqında iş yenidən baxılması üçün də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X28 Xidmətinin Bakı şəhər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
X37