Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4080/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1, Səlahiyyətli orqanın nümayəndəsi X6 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş .09.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək yenidən monitorinq keçirilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024 cü il tarixdə işlətdiyim müəsisədə "Həyat Hall” şadlıq evində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Xəzər Monitorinqin birgə keçirdiyi Atmosfer havasının çirklənməsi monitorinqi, yəni bacadan çıxan tüstünün norma miqdarının yoxlanışı keçirilmişdir. Həmin an Xəzər monitorinqin tester aparatı ilk öncə qoşulmamış, sonra isə aparatı bacanın içərisinə salaraq hətta divarlarına sürtərək keçirdikləri yoxlanışın nəticəsini 8 adlandıraraq, yəni normadan 3 şkala çox olduğunu bildirmişlər. Lakin ölçmə cihazının saz vəziyyətdə olması barədə heç bir sənəd göstərilməmişdir. Ölçü aparılan zaman mətbəxin manqal hissəsində heç bir qida bişirilməmiş, sadəcə boş qurğu işləmişdir. 11 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsi, Xəzər monitorinqinin onlara verdiyi normadan artıq göstəricini üstün tutaraq inzibati tənbeh vermə haqqında MN ******* saylı qərar qəbul etmişdir. Haqqında çıxarılan həmin qərarın ləğv edib yenidən monitorinq keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin mahiyyətinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə “Həyat Hall” şadlıq sarayında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və Xəzər Monitorinqin birgə atmosfer havasının çirkləndirilməsi ilə bağlı monitorinqi keçirilmişdir. Həmin vaxt o, xarici ölkədə olmuşdur. Yoxlamada onun işçisi iştirak etmişdir. İşçisinin məlumatına əsasən onlar yoxlamanı apararkən təxmini saat 22:00 radələri olmuşdur. Həmin vaxt restoranda qazda və ya manqalda hər hansı bişirmə işi görülməmişdir. Ətrafda tüstü də müşayiət olunmamışdır. Buna rəğmən əməkdaşlar yoxlama keçirmişlər. Onlar yoxlamada istifadə etdikləri aparatın işləkliliyini təsdiq edən heç bir sənəd təqdim etməmişlər. Daha sonra aparatı bacadan salaraq yoxlamanı həyata keçirmişlər. Dəqiq xatırlamadığı tarixdə idarəyə müraciət edərək onun iştirakı ilə yenidən yoxlama keçirilməsini xahiş etdim. Lakin bu xahişi nəzərə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək yenidən monitorinq keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi X10 izahatında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsaslı olmasını bildirərək şikayətin təmin olumamasını xahiş etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Ağayev qafar Akif oğlu tərədindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Sabunçu rayonu, Gənclik küçəsi 7 ünvanında yerləşən “Həyat Hall” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin miqdarının norma həddindən artıq olması səbəbindən X8 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmuşdur. İş materiallarında olan “X17” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təhvil aktında “Həyat Hall” şadlıq sarayında tüstü bacasının texniki baxışı və təmizlənməsi işlərinin yerinə yetirildiyi, görülən işlərə iki manqal su filtiri, bir mator, ümumi tüstü bacasının təmizlənməsi, istismar müddətinin 3 ay olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X7 göndərilmiş xx.xx.2024-cü il tarixli “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması hallarının aradan qaldırılmasına dair xx.xx.2024-cü il tarixli məcburi göstərişə əsasən “Həyat Hall” şadlıq sarayının fəaliyyəti zamanı qaz toz tutucu təmizləyici qurğularda baş vermiş nasazlığın aradan qaldırılması, qurğulara texniki xidmət göstərilərək istismara yararlı vəziyyətə gətirilməsi tapşırılmışdır. İş materiallarında olan “X12 Monitorinq İdarəsi” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 001755 saylı aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Həyat Hall” şadlıq sarayında saat 19:45-20:30 radələrində atmosfer havasına atılan zərərli qaz qarışıqlarını təyin etmək məqsədilə tərəflərindən monitorinq keçirilmişdir. Monitorinq “X12 Monitorinq İdarəsi”nin operativ monitorinq qrupunun mühəndisləri Rabil Əhmədov, Nurlan Hacıyev, 11 saylı RETSİ-nin mütəəssisi Günəş Orucovun, şadlıq sarayının nümayəndəsi Ruslan İsmayılovun iştirakı ilə keçirilmişdir. Monitorinq zamanı qaz toz tutucu qurğu yoxlanılmış və qurğunun təmizlənməməsi müəyyən olunmuşdur. Atmosfer havasına atılan zərərli qazların miqdarını təyin etmək məqsədilə səyyar cihaz “BOSEAN” vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Ölçmə nəicələrinə əsasən CO (dəm qazı) 8 mq/m³ təşkil etmişdir ki, bu nəticə ətraf mühit üçün qatılıq hədd daxilindən artıqdır. Monitorinq zamanı çəkilən fotoşəkillər akta əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 184 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında fəaliyyət göstərən “Həyat Hall” şadlıq sarayında “X12 Monitorinq İdarəsi”nin mütəxəssislərinin və şadlıq sarayının nümayəndəsinin iştirakı ilə birgə monitorinq keçirilmişdir. Monitorinq zamanı qaz toz tutucu təmizləyici qurğunun quraşdırıldığı müəyyən edilmiş, lakin ərazidə tüstü müşahidə edilmişdir. Monitorinq müddətində atmosfer havasına atılan zərərli qaz qarışıqlarını müəyyən etmək məqsədilə şadlıq sarayı fəaliyyətdə olan zaman tüstü bacasının yaxınlığında təxminən 5-7 metr məsafədə səyyar qaz analizatoru “BOSEAN” cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticələrə əsasən atmosferə atılan zərərli qazın miqdarı CO (dəm qazı) 8 mq/m³ ( norma 5 mq/m³ ) təşkil edərək ətraf mühit üçün yolverilən hədd norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Fotoşəkillər və digər materiallar akta əlavə olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçi müfəttişi X11 tərədindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin məlumatları, yəni göstəricisi-CO- 8 mq/m³, tipi-BOSEAN, markası-K-600 multi qaz detoktoru, yerləşdiyi yer-XKEMİ, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt- xx.xx.2023-cü il, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi- OMSK 21848, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt xx.xx.2024-cü il qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Şikayət ərizəsində inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi ilə bağlı qoyulmuş əsaslara məhkəmə ayrı-ayrılıqda yer ayırmağı zəruri hesab edir. Belə ki, şikayətçi şikayət ərizəsində və məhkəmə iclasında monitorinq keçirilərkən istifadə olunan yoxlama aparatının saz vəziyyətdə olmasına dair sənədin və sertifikatın təqdim olunmadığını göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar olunmasında istifadə olunan texniki vasitənin tipi, markası, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi tarix, belə yoxlamadan keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti dəfə yoxlamanın keçirilməli olduğu vaxt kimi zəruri məlumatlar qeyd edilmişdir. Şikayətçinin inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün göstərdiyi digər əsas yoxlama aparatının bacanın içərisinə salınaraq yoxlamanın həyata keçriilməsi olmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli aktdan və ona əlavə olunan fotoşəkildən görünür ki, “Həyat Hall” şadlıq sarayında “X12 Monitorinq İdarəsi”nin, 11 saylı RETSİ-nin mütəxəssislərinin və şadlıq sarayının nümayəndəsinin iştirakı ilə tüstü bacasının yaxınlığında təxminən 5-7 metr məsafədə səyyar qaz analizatoru “BOSEAN” cihazı vasitəsilə ölçmə işləri aparılmış və nəticələrə əsasən atmosferə atılan zərərli qazın miqdarı CO (dəm qazı) 8 mq/m³ ( norma 5 mq/m³ ) təşkil edərək ətraf mühit üçün yolverilən hədd norma daxilindən artıq olduğu müəyyən edilmişdir. Şikayətçinin əsaslandığı digər bir hal monitorinq keçirilərkən onun iştirakının təmin olunmamasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi tərəfindən təqdim olunan xx.xx.2024-cü il tarixli monitorinq aktından görünür ki, monitorinqin keçirilməsi zamanı şadlıq sarayının nümayəndəsi Ruslan İsmayılov iştirak etmişdir. Bundan başqa şikayətçi özü də məhkəmə iclasında monitoriq keçirilən vaxt xarici ölkədə oluduğunu, nümayəndəsinin monitorinqdə iştirak etdiyini bildirmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X4 İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və yenidən monitorinq keçirilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X5 şikayəti təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin -233.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-4080/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4080/2024
21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver