Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4081/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X2 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan şikayətini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarların ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş şikayət ərizəsindən görünür ki, X5 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarların ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, bir neçə qərardan bir icraat qaydasında şikayət verilməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması nəzərə alınaraq, şikayətçiyə inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda məhkəmə bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayət ərizəsinə əlavə edilmiş məktublardan görünür ki, xx.xx.2024-cü il tarixli qərar xx.xx.2024-cü il tarixli məktubla, xx.xx.2025-ci il tarixli qərar isə xx.xx.2025-ci il tarixli məktubla X3 göndərilmişdir. Göründüyü kimi, göstərilən qərarlardan şikayət verilməsi üçün nəzərdə tutulmuş müddət buraxılmış, lakin verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdə şikayətçi X2 göstərilən qərarları hansı tarixdə əldə etdiyini göstərməmiş, bunu təsdiq edən hər hansı sənəd şikayət ərizəsinə əlavə edilməmiş, eyni zamanda şikayət vermə müddətinin üzürlü səbəbdən buraxılması ilə bağlı vəsatət verməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarlardan bir icraat qaydasında şikayət verildiyindən, eyni zamanda şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi ilə bağlı vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalı, şikayət vermə müddəti üzürlü səbəbdən buraxıldığı halda müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qərarların ləğv olunmasına dair şikayəti X3 geri qaytarılsın. X1 inzibati tənbeh vermə haqqında qərarların ləğv edilmələri barədə ayrı-ayrılıqda verilmiş şikayət ərizələri ilə məhkəməyə müraciət etmək, eyni zamanda şikayət vermə müddəti üzürlü səbəbdən buraxıldığı halda müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4081/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4081/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver