Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4107/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri, Sabunçu rayonu, kürdəxanı qəsəbəsi, YYM ünvanında yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Neftçala Rayon Məhkəməsinin 2(053)-255/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 350 manat pul məbləğində aliment tutularaq X5 xeyrinə ödənilməlidir. Hazırda Şəxs 3100 manat məbləğində aliment borcu vardır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Əliyev X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Hazırda zərərçəkmiş şəxsə ödənilməsi məqsədilə Şəxs tərəfindən icra şöbəsinin depozit hesabına qoyulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, hazırda Neftçala Rayon Məhkəməsinin 2(053)-255/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra vərəqəsinə əsasən ondan iki azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 350 manat pul məbləğində aliment tutularaq X5 xeyrinə ödəməlidir. Hazırda ödənilməmiş aliment borcu 3100 manat təşkil edir, icra sənədi üzrə bu günədək 6200 manat ödəniş etmiş, işsiz olduğundan və maddi imkanı olmadığından ödəniş edə bilməmişdir. Zərərçəkmiş şəxsin bank kartının vaxtı bitdiyindən bu gün 500 manat ödəniş onun tərəfindən zərərçəkmiş şəxsə ödənilməsi üçün depozit hesabına qoyulmuşdur, hazırda işləyir gələn aydan aliment borcunu ödəməyə başlayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Neftçala Rayon Məhkəməsinin 2(053)-255/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment və X8 “Talassemiya” xəstəsi olduğuna görə hər ay uşağın müalicə xərclərinə əlavə olaraq 50 manat tutularaq iddiaçı X6 verilməlidir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2022-ci il tarixli bildirişin surətindən görünür ki, 2(053)-255/2022-007 saylı, 15 aprel 2022-ci il icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Borclunun axrtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi Şəxs barəsində axtarış elan edilmişdir; Təqdim olunmuş qəbzdən görünür ki, 500 manat məbləğində pul xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən İcra Şöbəsinin depozit hesabına qoyulmuşdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3(008)-7787/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs 2(053)- 255/2022 saylı, 15 aprel 2022-ci il tarixli icra sənədi üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Şəxs barəsində olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3(008)-7787/2024 saylı qərarından görünür ki, o, aliment borcunu ödəmədiyinə görə barəsində inzibati xəta ilə bağlı protokol tərtib edilmiş, protokol tərtib edildikdən sonra 1000 manat aliment borcundan ödəniş etdiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda, hazırki iş üzrə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edildikdən sonra aliment borcundan ödəniş etməsi kimi hallar onun qərəzli olaraq icra sənədinin icra edilməməsinə dəlalət edir. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 08 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4107/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4107/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver