Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4109/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Nəbiyeva Nuray Vidadi qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Böyük Qarakilsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş MN № ******* saylı, 02 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Xıdırov X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-4875/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində həbs növündə inzibati tənbeh olunmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində təkrar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3316/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3316/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindəki 6622 manat məbləğində aliment borcunun ödənilməsi ilə bağlı tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X4 göstərmişdir ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3316/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən hazırkı vaxta kimi olan 6622 manat aliment borcunun ödənilməsindən yayınır. Bundan əlavə o, eyni icra vərəqəsindəki tələbin icra olunmaması ilə əlaqədar Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(008)-4875/2022 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətində həbs növündə inzibati tənbeh olunmuşdur. Ona görə də, Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinun 2(008)-3316/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində qeyd olunan 6622 manat məbləğində imkanı olmadığı üçün ödəyə bilməmişdir. Hal-hazırda işləmir. İşləri qaydasına düşdükdən sonra borclarını ödəyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş tələbkar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3316/2018 saylı, 15 may 2018-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 21 fevral 2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində 2(008)-3316/2018 saylı, 15 may 2018-ci il tarixli icra vərəqəsi üzrə icraat başlanması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 03 iyul 2018-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Şəxs Sabunçu rayon İcra şöbəsinə ünvanladığı 02 avqust 2023-cü il tarixli izahatın surətindən görünür ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinun 2(008)-3316/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədindən xəbərdardır. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin 03 iyul 2018-ci il tarixli bildirişin surətindən görünür ki, Şəxs tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri İcra şöbəsinin 24 sentyabr 2021-ci il tarixli məktubunun surətindən görünür ki, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 8(008)-943/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi, barəsində inzibati protokol tərtib edilmiş şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən - bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyats ızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Göründüyü kimi, hazırki vəziyyətdə Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsi ilə müəyyən olunan inzibati xəta hadisəsinin mövcudluğu təsdiq olunur. Belə ki, icra məmuru Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinun 2(008)-3316/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə olan 6622 manat məbləğində aliment borcunun ödənilməsi ilə bağlı bildirişi hələ xx.xx.2018-ci il tarixdə borcluya ünvanlayaraq könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin etmişdir. Eləcə də, Şəxs Sabunçu rayon İcra şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli izahatın surətindən görünür ki, o, X3 6622 manat borcunu ödəyəcəyini bildirmişdir. Lakin Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunduğu xx.xx.2023-cü il tarixədək icra sənədi üzrə hər hansı bir ödəniş etməmişdir ki, bu da icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra olunmamasına dəlalət edir. Belə olan halda onun Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3316/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə göstərilən tələbin icra olunmamasında qərəzliliyini ortadan qaldıra bilməz. Odur ki, Şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Onun himayəsində bir yetkinlik yaşına çatmayan övladının olması isə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 02 avqust 2023-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-4109/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4109/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver