Məhkəmə qərarları › İş №3(008)-4110/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4110/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4110/2025 08.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X2 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Zərdab rayonu, Əlibəyli ərazi dairəsi, Əlibəyli kəndində qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Sabunçu qəsəbəsində 07 iyul 2025-ci il tarixdə saat 00:45 radələrində polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Bundan başqa, Şəxs Sabunçu qəsəbəsində 07 iyul 2025-ci il tarixdə saat 00:45 radələrində polis əməkdaşlarının qanuni tələblərini pozmuş, xidməti avtomobilin şüşəsini sındırmışdır. Bununla da Şəxs İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi tərəfindən 08 iyul 2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında qeyd etmişdir ki, təqsirini etiraf edir, 07 iyul 2025-ci il tarixdə Sabunçu qəsəbəsində sərxoş halda olduğundan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir. Etdiyi əməldən peşmandır. Bir daha belə halların təkrarlanmayacağını bildirmişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X6 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs 07 iyul 2025-ci il tarixdə saat 00:45 radələrində Sabunçu qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərini pozmuş və polis əməkdaşlarına nalayiq ifadələr işlətmişdir, barəsində 08 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokollar tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 08 iyul 2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sabunçu qəsəbəsində 07 iyul 2025-ci il tarixdə saat 00:45 radələrində polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 08 iyul 2025-ci il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sabunçu qəsəbəsində 07 iyul 2025-ci il tarixdə saat 00:45 radələrində polis əməkdaşlarının qanuni tələblərini pozmuş, xidməti avtomobilin şüşəsini sındırmış, bununlada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında 07 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 07 iyul 2025-ci il tarixdə, saat 04:00-da tutulmuşdur; Bakı şəhəri Sabunçu RPİ-nin PPX-nin polis nəfəri Vüsal Nərimanov, Bakı şəhəri Sabunçu RPİ-nin PPX-nin polis nəfəri Samir Feyzullayevin 07 iyul 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il təxminən saat 00:45 radələrində Sabunçu qəsəbəsində 2 nəfər şəxsin yolun kənarında yüksək səslə danışdığını görüb onlara yaxınlaşaraq özlərini təqdim etmişlər, onlar isə onlara məhəl qoymayaraq, qazi olduqlarını bildirib, Dövləti və dövlətin polisini, yəni onları nalayiq ifadələrlə təhqir etməyə başlamış, həmin şəxsləri 12-ci Polis Şöbəsinə dəvət etdikdə, içlərindən biri belində olan bıçaqla onları vurmaq istəmiş, onlar isə onlara təhkim olunmuş qaz balonundan istifadə edərək həmin şəxsi tərk-silah edərək avto patrul maşınına mindirərkən şəxslərdən biri avto patrulun arxa sağ şüşəsini qırmışdır. Əlavə olaraq bildirmişdir ki, bir nəfər şəxs iş fəaliyyətlərinə mane olduğundan həmin şəxsi 12-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxslər X7, Şəxs və X1r; Məhkəmə iclasında təqdim edilmiş hadisənin görüntülərinin əks edildiyi videoyazıya baxış keçirilmiş, , Şəxs polisin qanuni tələblərinə tabe olmadığı, nalayiq ifadələr işlətdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş 08 iyul 2025-ci il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar və Şəxs izahatı, hadisənin videogörüntüsü və iş materillarında olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1 və ya 535-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-nin 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növdə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həbsetmənin əvvəli 07 iyul 2025-ci il tarixdən, 04:00-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 07 iyul 2025-ci il tarixdən, 04:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar