Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4112/2023 02.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Nəbiyeva Nuray Vidadi qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan- Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsindən daxil olmuş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Respublika Narkoloji Mərkəzində yoxlama zamanı sidiyində narkotik maddə aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 15-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 16:10 radələrində Sabunçu rayonu, Pirşağı qəsəbəsində xidməti ərazidə xidmətdə olan zaman bir nəfər xanım onlara yaxınlaşaraq oğlunun onu döydüyünü bildirərək kömək istəmişdir. Onlar yaxınlaşan zaman şübhəli şəxs qaçmağa başladığı üçün dərhal saxlanılaraq Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilmişdir. Polis Şöbəsində onun Şəxs olduğu müəyyən edilmişdir. Tibbi müayinə zamanı onun narkotik narkotik vasitənin təsiri altında oduğuna əsaslı şübhələr olduğundan o, tibbi müayinədən keçirilmişdir. xx.xx.2023-cü il tarixdə tibbi müayinə zamanı Şəxsnın narkotik vasitə qəbul etdiyi aşkar olunmuşdur. Bu səbəbdən də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında protokol edilən şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bildi və ifadəsində göstərdi ki, bir həftə əvvəl narkotik vasitə olan kakosdan istifadə etmişdir. Əməlindən səmimi peşmandır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs əməli öz ifadəsi, tərtib olunmuş inzibati xəta haqqında protokolla, ambulator məcburi-narkoloji tibbi yoxlama rəyi, inzibati qaydada tutma haqqında protokolu və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarındakı 01 avqust 2023-cü il tarixli 4874 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidiyində MOP (+) aşkar edilmişdir. Halhazırda X2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməlini səmimi etiraf etməsini iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada həbs edilməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilən şəxs Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Çünki “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınmasına yol verilə bilər. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 114-115, 117, 206-cı maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 31 iyul 2023-cü il, saat 16:10-dan tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsində qərar Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verildiyi vaxtdan icra edilsin. Qərarın icrası barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi üçün isə Bakı şəhəri Probasiya İdarəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-4112/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4112/2023
02.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver