Məhkəmə qərarları › İş №3(008)-4120/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4120/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4120/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, "xxxx" ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN seriyalı ******* nömrəli, 24 iyun 2025-ci il tarixli protokolundan görünür ki, Sabunçu rayonu, ünvan 1 ünvanında fəaliyyət göstərən "xxxx" ASC tərəfindən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot və hesabatının aparılmaması nəticəsində Ekoloji qanunvericiliyin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin (İXM) 57.1-ci maddəsinə əsasən, inzibati icraat üzrə iştirakçılara sənədlər sifarişli poçt göndərişi ilə və ya şəxsən təqdim edilməli idi. Lakin təqdim etdiyiniz məlumata əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ("xxxx" MMC) inzibati tənbeh barədə qərar və digər materiallar təqdim edilməmişdir. Bu, inzibati icraatın şəffaf və ədalətli aparılması prinsiplərinin pozulmasıdır. İnzibati Xətalar Məcəlləsinin 61-ci maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs iş üzrə bütün materiallarla tanış olmaq, prosesdə iştirak etmək, mövqeyini bildirmək hüququna malikdir. Təqdim edilmiş məlumata əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-yə inzibati tənbeh tətbiq olunması ilə bağlı tərtib edilmiş protokol və digər müvafiq materiallar təqdim edilməmişdir. Bu hal, birbaşa olaraq İXM-in 57.1-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Qanunvericilikdə sənədlərin təqdim olunması zərurəti inzibati icraat iştirakçısının proseslə bağlı məlumatlı olması, hüquqlarını müdafiə edə bilməsi və öz mövqeyini əsaslandıra bilməsi üçün təminat xarakteri daşıyır. Sözügedən sənədlərin təqdim olunmaması iştirakçının müdafiə hüququnun məhdudlaşdırılması, habelə obyektiv və hərtərəfli araşdırma prinsiplərinin pozulması deməkdir. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, "xxxx" ASC-nin prosesdən kənarda saxlanılması, inzibati icraatın obyektiv və şəffaf aparılması prinsiplərinə ziddir və vətəndaşın hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Beləliklə məhkəmə hesab edir ki, inzibati icraat çərçivəsində protokolun və digər materialların barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-yə təqdim edilməməsi inzibati qərarın hüquqi qüvvəsinə və legitimliyinə ciddi şübhə yaradır və "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyini 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar