Məhkəmə qərarları › İş №3(008)-4121/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4121/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4121/2023 18.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, X1 iştirakı ilə, 06 aprel 2002-ci il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu, Kür qəsəbəsi, Təbriz küçəsi, ev 20-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Yefim Saratov küçəsi, ev 75-də yaşayan-X3 Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Bakı Şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı Şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X5 Azər oğlu öz izahatında göstərmişdir ki, 09 sentyabr 2021-ci il tarixdə o Bakı Şəhər Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq cərimə edilmişdir. Cərimə olunmağına səbəb kimi sərnişin olduğu avtobusda tibbi maskadan istifadə etməməyi göstərilmişdir. Bildirir ki, həmin vaxt o avtobusda tək olduğundan tibbi maska ağız boşluğunda olmuşdur. Onun əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməmişdir. Özü tələbədir və ailəsinin maddi durumu aşağıdır. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri X5 Azər oğlu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati xəta törətməsi tam sübuta yetirilir və X4 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı qərarın ləğv edilməsinə dair X3 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar