Məhkəmə qərarları › İş №3(008)-4122/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4122/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4122/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Rəssamlıq Akademiyasının 4-cü kurs tələbəsi, ünvan 1i ünvanında quydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 30 iyun 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30 radələrində idarə etdiyi özünə məxsus “Mercedes Benz” markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobillə Məmmədli qəsəbəsi, Kürdəxanı-Zabrat yolunda hərəkətdə olarkən, qarşı yola çıxmaqla manevr qaydasını pozub, yolu keçən piyada X4 vurmuş, nəticədə piyada yüngül bədən xəsarətləri almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 17:30 radələrində qeyd olunan Mercedes markalı **-RM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Məmmədli qəsəbəsi, Kürdəxanı-Zabrat yolunda üzü Zabrat dairəsi istiamətində sağ tərəfdən ikinci zolaqla təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən yolda tıxac olmasına görə düz qoşa xəttin tələbini pozaraq qarşı əks yola çıxaraq təxminən 20-30 metr məsafəni qətt edərək hərəkətinə davam etmişdir. Hərəkətdə olarkən təxminən 8-10 metr məsafədə yolun sağ hissəsindən sol hissəsinə doğru yolu keçən qadın cinsli piyadanı gördükdə hadisənin qarşısını almaq üçün əyləcdən istifadə edib sükanı sola doğru istiqamətləndirdikdə eyni zamanda qadın cinsli piyada da iti addımlarla yolunu sol hissəsinə doğru keçməyə davam etmişdir. Bu zaman qarşı əks yolun birinci və ikinci zolağın ortasında idarə etdiyi avtomobilin sağ arxa təkəri həmin qadın cinsli piyadanın ayağının pəncəsinin üzərindən keçərək yol nəqliyyat hadisəsi baş vermişdir. O dərhal avtomobildən düşərək ona yaxınlaşmışdır. Piyada özünü X2 təqdim etmişdir. Onun hər hansı xəsarətinin olması barədə maraqlanmışdır. X3 ayağından xəsarət almasını bildirmişdir. O X6 avtomobilə əyləşdirib yaxınlıqda yerləşən X12 apararaq ilkin tibbi yardım göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 xx.xx.2025-ci il tarixli 1225 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X1 ayağının və sağ aşıq-baldır oynağının bağ aparatını zədələnməsi ilə müşaiyət olunan dərialtı hemotomaları; sağ diz oynağı nahiyyəsinin və sol əlin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, yetirilmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Faiq İsayevin «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, X9 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər aldıqlarından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət almaları faktı ilə əlaqədar şikayətlərinin olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 iyun 2025-ci il tarixli qərarından görünür ki, araşdırma zamanı X7 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 15:30 radələrində o Sabunçu rayonu Məmmədli kəndi Kürdəxanı yolunda svetaforun qırmızı işığında yolu piyada keçərkən, həmin vaxtı üzü Zabrat istiqamətində qarşı əks yolda hərəkətdə olan Mercedes Benz markalı ** RM *** dövlət qeydiyyat nişanlı avtomobil təkəri ilə onun sağ ayağından vuraraq xəsarət yetirmişdir, onun avtomobilinə əyləşib Sabunçu xəstəxanasına getmişlər, orada müayinədən sonra evə buraxılmışdır. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 30 iyun 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM-32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar