Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4123/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Şəxs Malik oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Dövlət X11 X5 üzrə inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş AP seriyalı ******* nömrəli protokolda göstərilmişdir ki, 30 mart 2025ci il tarixdə, saat 23:50 radələrində sürücülük hüququ və etibarnaməsi olmayan Şəxs Mahi oğlu, tanışı X3 məxsus “Lada Priora” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisindən keçən Zabrat– Pirşağı avtomobil yolunda idarə edərkən, idarəetməni itirmiş və yolun sağ kənarında dayanmış vəziyyətdə olan, X1 etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa hissəsinə çırpılaraq toqquşmuşdur. Nəticədə “Lada Priora” markalı nəqliyyat vasitəsində sərnişin olan X2 yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Hadisənin baş verməsinə Şəxs Mahi oğlunun yol hərəkəti qaydalarının tələblərinə əməl etməməsi və ehtiyatsız davranışı səbəb olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs Malik oğlu təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs növündə inzibati tənbeh tədbirinin nəzərdə tutlmasına və bu kateqoriyadan olan işlərə dərhal baxılmalı olmağına baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin iştirakı olmadan işə baxılması mümkün olmadığından, Şəxs Malik oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon Dövlət X10 geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Malik oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında material işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon Dövlət X10 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4123/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4123/2025
09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver