Məhkəmə qərarları › İş №3(008)-4124/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4124/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4124/2022 27.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X10 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, Barəsində inzibati qaydada icraat aparılan şəxs- X6 iştirakı ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə X9 AR İXM-nin 192.6cı maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, cərimə şərti tətbiq olunaraq törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 25 gün müddət müəyyən edilmişdir. Qərardan narazı qalan X9 şikayət verib X3 əmək müqaviləsinə xitam verilməsi üçün təqdim etdiyi ərizədə işdən ayrılmaq istədiyi tarixi göstərmədiyini, onun işdən azad edilməsindən sonra dəfələrlə ona işə geri qayıtması ilə müraciət olunmasına baxmayaraq həmin şəxsin başqa iş tapdığını bildirərək təklifi qəbul etmədiyini, bununla da tərəfindən inzibati xətanı aradan qaldırıldığını qeyd edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X9 vermiş olduğu şikayət ərizəsini müdafiə edərək bildirmişdir ki, əslində X5 tərəfindən verilmiş ərizədə işdən çıxmaq istədiyi tarixi konkret göstərmədiyindən həmin gün onunla əmək müqaviləsinə xitam verilmişdir. Sonradan dəfələrlə ona işə qayıtması təklif olunsa da, həmin şəxs imtina etmişdir. O, törətdiyi inzibati xətanı qəbul edərək inzibati cərimənin hissə-hissə ödənilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə aparılan şəxs X6 izahatını dinləyib, hesab edir ki, verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli əmrdən görünür ki, X5 10 sentyabr 2021-ci il tarixdən etibarən Birliyin 148 saylı MKİS-nə dalandar vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 10 sentyabr 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, X9 ilə X5 arasında həmin tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan X1 tərəfindən verilmiş ərizədən görünür ki, X5 16 fevral 2022-ci il tarixli ərizə ilə işəgötürənə müraciət edərək tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli, 148-04 saylı əmrin surətindən görünür ki, Birliyin 148 saylı dalandarı X5 16 fevral 2022-ci il tarixdən etibarən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X1 ilə əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş 17 fevral 2022-ci il tarixdə imzalanmışdır. İş materiallarında olan inzibati xəta haqqında 14 mart 2022-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, X2 Alik Məmmədrəhimoviç ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əməl etməyərək xitam vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, X9 AR İXM-nin 192.6-cı maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş, cərimə şərti tətbiq olunaraq törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 25 gün müddət müəyyən edilmişdir. Göründüyü kimi, iş materialları ilə X6 AR İXM-nin 192.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi həm özünün etirafedici izahatı, həm də iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. AR İXM-nin 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İş materiallarına əlavə edilmiş 16 fevral 2022-ci il tarixli, 148-04 saylı əmrin surətindən və “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, işəgötürən X9 işçi X5 ilə qanunla müəyyən edilmiş 01 aylıq müddəti gözləmədən işdənçıxma barədə ərizənin verildiyi gün əmək müqaviləsinə xitam vermişdir ki, bununla da o, əmək qanunvericiliyinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, işdə materiallarında olan sübutlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. X9 məhkəmə iclasında ona təyin edilmiş inzibati cərimənin şərti tətbiq edilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, İlqar Qasımovun barəsində şikayət verdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı qərarında cərimənin şərti tətbiq olunması nəzərdə tutulmaqla barəsində inzibati qaydada icraat aparılan şəxsə inzibati hüquqozmanın aradan qaldırılması üçün vaxt müəyyən edilmişdir. Bununa yanaşı, X9 əmək müqaviləsinə xitam verdikdən sonra dəfələrlə X4 yenidən işə qayıtmasını təklif etməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, müvafiq inzibati xəta X5 ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmaqla xitam verdildiyi andan başa çatdığından, sonradan həmin şəxsə yenidən əmək müqaviləsi bağlamağa dəvət edilməsi müvafiq inzibati xəta hadisəsi aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün hər hansı bir əsas müəyyən edilmədiyindən və həmin qərardan verilmiş şikayətin dəlilləri öz təsdiqini tapmadığından X9 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş 18 mart 2022-ci il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar