Məhkəmə qərarları › İş №3(008)-4136/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4136/2025

09.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4136/2025 09.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 09 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı İnzibati Məhkəməsinin MXMT(112)- 85/2021 nömrəli, 27 aprel 2021-ci il tarixli icra sənədinə əsasən, iddiaçılar X7 və X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X3 adına reyest nömrəsi **********43, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.059 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN455957 saylı torpaq sahəsinin plan və ölçüsünün: X1 adına reyest nömrəsi **********22, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.1 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN455920 saylı torpaq sahəsinin plan və ölçüsünün; Şəxs adına reyest nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli 0.1 ha torpaq sahəsinə dair DƏDRX tərəfindən verilmiş Çıxarış və AN 413950 saylı torpaq sahəsinin plan və ölçüsünün etibarsız hesab ediməsi və daşınmaz əmlakın dövlət reyestrindəki qeydlərinin ləğv edilməsi barədə iddiaya mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək, üçüncü şəxslər X4, X2 və Şəxs Bakı şəhəri Nardaran qəsəbəsi, Bağ küçəsi sahə 104 a-da və sahə 104-də (mübahisəli ərazi-Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Subtropik birkilər sovxozu ərazisi) hər hansı tikinti işlərinin aparılması qadağan edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, protokol və ona əlavə edilmiş sənədlər natamamdır və buna görə də müvafiq qaydada Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılması məqsədəuyğundur. Belə ki, icra məmuru tərəfindən məhkəməyə təqdim edilən protokolda iddia edilir ki, məhkəmənin qərarı ilə X6 qarşı tikinti işlərinin aparılmasının qadağan edilməsinə baxmayaraq, X6 tərəfindən tikinti işlərinin davam etdirilmişdir. Lakin təqdim edilmiş protokolda göstərilən iddianın sübutu kimi hüquqi qüvvəyə malik hər hansı sənəd (foto və ya video materiallar, aktlaşdırılmış baxış sənədləri, şahid ifadələri, texniki ekspertiza rəyləri və s.) protokola əlavə olunmamışdır. Azərbaycan Respublikası "İcra haqqında" Qanununun tələblərinə əsasən, icra məmuru tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokolların və digər prosessual sənədlərin məhkəməyə təqdim edilməsi zamanı faktların təsdiqinə yönəlmiş sübutlarla müşayiət olunması tələb olunur. Sübutlar olmadan yalnız protokolun təqdim edilməsi, inzibati məsuliyyət məsələsinin məhkəmə tərəfindən araşdırılması üçün yetərli hüquqi əsas vermir. Qeyd olunan halları nəzərə alaraq, icra məmurunun təqdim etdiyi protokol sübutlarla təmin edilmədiyindən və məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışı üçün yetərli əsaslar yaratmadığından, həmin protokolun geri qaytarılması zərurəti yaranmışdır. Beləliklə, MN seriyalı ******* nömrəli, 09 iyul 2025-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər, icra sənədinin icrasının qanunauyğun aparılması və hüquqi prosedurların tam yerinə yetirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 09 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar