Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4150/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru polis leytenantı X2 iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında MN ******* saylı, 18 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 18 iyul 2022-ci il tarixdə, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən heç bir əsas olmadan saxlanılmış, sənədləri tələb olunduqda özünə bıçaqla xəsarət yetirmiş, bu zaman polis əməkdaşları uşaqlarının gözü qarşısında onu yerə yıxmışlar. O, polisə hər hansı tabesizlik göstərməmişdir. Qeyd olunan xüsusatların nəzərə alınaraq barəsində olan iş üzrə icraata xaitam verilməsini xahiş etmişdir. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahata tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda izahat verməsi özünü müdafiə xarakteri daşıyır və iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru polis leytenantı X3 izahatında göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində polis əməkdaşları idarə etdiyi avtomobil nasaz vəziyyətdə olduğundan Şəxs yaxınlaşmış, özlərini təqdim etmiş, Şəxs da özünü təqdim etməsi tələb edilmiş, sonuncu özünü və sənədini təqdim etməmiş, polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş, bu zaman Şəxs avtomobili idarə edərək qaçmağa çalışmış, sonra yolda hərəkət imkanı zəif olduğundan polis əməkdaşları avtomobillə ona çataraq yenidən avtomobili saxlayaraq onu polis bölməsinə dəvət etmişlər, bu zaman avtomobildə olan şəxslərdən biri qaçaraq oradan uzaqlaşmış, Şəxs isə avtomobildən enərək əl-qolla polis əməkdaşlarına iradlarını bildirmiş, onların ünvanına nalayiq sözlər işlətmiş, polis şöbəsinə getməkdən imtina edərək heç bir səbəb olmadan özünə xəsarət yetirərək qollarını mətbəx bıçağı ilə kəsmişdir. Bu zaman polis əməkdaşları onun özünə xəsarət yetirməsinin qarşısını almaq üçün onu zərərsizləşdirmək üçün yerə yıxaraq müqavimətini qırmışlar. Həmin vaxt polis əməkdaşları tərəfindən Şəxs hər hansı xəsarət yetirilməmişdir. Göründüyü kimi, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən həmin şəxs onlar tərəfindən xidməti avtomobilə əyləşdirilərək polis şöbəsinə gətirilmiş, polis bölməsində həmin şəxsin barəsində İXM-nin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sədrlik edən məhkəmə iclasında Şəxs onun bədənində və ya üzündə hər hansı xəsarətlərin olub olmamasını soruşduqda Şəxs sadəcə qollarında kəsik xəsarətlərinin olduğunu, həmin xəsarətlərin isə özü tərəfindən yetirildiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin post-patrul xidməti bölüyü polis nəfəri olan X1 Xəzər Azər oğlunun izahatına uyğun izahat verərək bildirmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, polis əməkdaşlarından qaçmağa cəhd göstərmiş, yaxalandıqda isə polislə əl qolla danışaraq nalayiq sözlər işlətmiş, sonradan özünə xəsarət yetirməyə başladıqda isə polis əməkdaşları onun özünə xəsarət yetirməsinin qarşısını almaq üçün onu zərərsizləşdirmək üçün yerə yıxaraq müqavimətini qırmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: raportdan görünür ki, polis əməkdaşı 18 iyul 2022-ci il tarixdə, saat 11:15 radələrində Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsi ilə xidmətdə olduğu müddətdə texniki vəziyyəti nasaz olan avtomobilə yaxınlaşaraq özlərini təqdim edərək hər şeyin qaydasında olubolmadığını soruşmuşlar, sürücü isə kobud cavab verərək onlara aidiyyətinin olmadığını bildirmişdir. Onlar sürücünün özünü təqdim etməsini tələb etdikdə sürücü üzərində heç bir sənədinin olmadığını bildirmişdir. Onlar sürücünün ad və soyadını soruşduqda o heç bir məlumat verməyəcəyini bildirmiş və onların ünvanına nalayiq ifadələr söyləyərək onlardan uzaqlaşmışdır. Sonradan avtonmobili tıxacda qaldığından polis əməkdaşlarını görüb qaçmaq istəyən zaman onu saxlamışlar, sürücü onlara hücum edərkən onu zərərsizləşdirmək istəyən zaman onun nəqliyyat vasitəsinə minərək orada mətbəx bıçağı ilə özünə xəsarət yetirmişdir. Bundan sonra polis əməkdaşları onu zərərsizləşdirmişlər. Post patrul avtomobilində onlara məlum oldu ki, həmin sürücü Şəxsdur. İnzibati xəta haqqında MN ******* saylı, 18 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 18 iyul 2022-ci il tarixdə, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o həmin izahatında polis əməkdaşlarının ondan dəmir yığdığına görə pul istədiklərini və özünü təqdim etməsini tələb etdiklərini, sonra onu maşının arxasına tərəf tutduqlarını, daha sonra yeznəsi Yavərin maşından düşərək qaçdığını, polis əməkdaşlarının onu yerə yıxdığını, onun polis əməkdaşlarından onu buraxmasını tələb etməsinə baxmayaraq polis əməkdaşlarının onu buraxmadığını və bu zaman özünün özünə bıçaqla xəsarət yetirdiyini, daha sonra 13-cü polis bölməsinə gətirildiyini bildirmişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmiş hadisənin görüntülərini özündə əks etdirən CD diskdən görünür ki, polis əməkdaşları Şəxs idarə etdiyi avtomobilə yaxınlaşan zaman bir nəfər şəxs avtomobildən düşərək qaçdıqdan sonra Şəxs avtomobildən enərək polis əməkdaşlarına yaxınlaşaraq onlarla əl-qol hərəkətləri edərək danışmış, daha sonra mübahisə edərək dava etməyə başladıqda polis əməkdaşları tərəfindən zərərsizləşdirilmişdir. Məhkəmə baxışı zamanı sədrlik edən Şəxs videogörüntüdə əks olunan-avtomobildən enərək polis əməkdaşlarının yanına gedərək onlarla əl-qol hərəkətləri ilə mübahisə edən şəxsin özü olub-olmadığını soruşduqda Şəxs görüntüdəki həmin şəxsin özü olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, raport, şahid ifadəsi və iş materiallarına əlavə edilmiş diskdə öz əksini tapmış görüntülərlə Şəxs 18 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində polis əməkdaşlarının sənədlərin təqdim edilməsi və polis şöbəsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı övladının olmasını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə iş materiallarından Şəxs 18 iyul 2022-ci il tarixdə hansı saat və dəqiqədə tutulmasının görünmədiyini, müvafiq inzibati xətanın 18 iyul 2022-ci il tarixdə, saat 11:15 radələrində baş verməsini, hadisənin bir müddət davam etməsini və bundan sonra Şəxs azadlığının faktiki məhdudlaşdırıldığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs həbsdə saxlama müddətinin əvvəli 18 iyul 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 18 iyul 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4150/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4150/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver