Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4152/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, məhkəmə iclas katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nin sahə inspektoru, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1999-cu il tarixdə Qəbələ rayonu, Zirik kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Qəbələ rayonu, Zirik ərazi dairəsi, Zirik kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 18 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 18 iyul 2022-ci il tarixdə, saat 11:25 radələrində Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, o, əslində polisin qanuni tələblərinə tabe olmaqdan yayınmamış, onlara müqavimət göstərməmiş, sadəcə polis əməkdaşları ilə onun qohumu arasında yaranmış mübahisə zamanı orada olduğundan o da polis bölməsinə gətirilmiş və barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sədrlik edən Şəxs iş materiallarında olan izahatında əməlini etiraf etməsinin, hazırda isə inzibati xəta törətməməsini bildirməsinin səbəbini soruşduqda Şəxs polis bölməsində izahatı öz sözləri ilə yazmadığını, hazırda məhkəmə iclası zamanı həqiqəti bildirdiyini göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nin sahə inspektoru, polis kapitanı X4 göstərmişdir ki, Şəxs qohumu ilə birlikdə olan zaman onun qohumu polisin qanuni tələblərinə tabe olmamış, polisə müqavimət göstərmiş və öz qollarını bıçaqla kəsmişdir. Bu zaman polis əməkdaşları həmin şəxsi zərərsizləşdirərək polis maşınına aparan zaman qohumunun o vəziyyətdə olduğunu görərək onun aparılmamasına cəhd etmişdir. X7 birbaşa polisin qanuni tələblərinə tabe olmayacaq hərəkətlərə yol verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz izahatında polis əməkdaşlarının Elmir Abışovdan deyil, avtomobili idarə edən şəxs kimi ondan müvafiq sənədlərin verilməsini tələb etdiklərini, onunla polis əməkdaşları arasında mübahisə yarandığını, Elmir Abışovun sadəcə orada olduğunu, lakin polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 18 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs 18 iyul 2022-ci il tarixdə, saat 11:25 radələrində Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polisin qanuni tələbinə qəsdən tabe olmadığından barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında AZA 017682 saylı, 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 18 iyul 2022-ci il tarixdə, saat 11:25-də tutulmuşdur. Şəxs iş materiallarına əlavə edilmiş izahatından görünür ki, o, izahatında 18 iyul 2022-ci il tarixdə, saat 13:00 radələrində PPXB-nin əməkdaşlarının ona yaxınlaşaraq şəxsiyyətini təsdiq edən sənədləri istədiklərini, üzərində maşının və özünün sənədləri olmadığından polis əməkdaşlarının onu polis bölməsinə dəvət etdiklərini, onun polis əməkdaşları ilə razılaşmayaraq zor ilə müqavimət göstərməyə başladığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Karelin Rusiyaya qarşı” işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamaqla tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəisi tərəfindən tərtib edilmiş raportda Şəxs polis əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini yerinə yetirilməsi zamanı onun qanuni tələblərinə tabe olmamasından deyil, onunla eyni avtomobildə olan və həmin avtomobili idarə edən sürücünün polis əməkdaşlarının tələblərinə tabe olmamasından bəhs edilir. Lakin nədənsə raportun məzmunu başqa şəxs, yəni X2 barədə olsa da, raportun sonunda polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan şəxs kimi Cavid Məmmədovla yanaşı, Şəxs da adı göstərilmişdir. Halbuki, qeyd olunan raportda Elmir Abışovun polisin hər hansı qanuni tələblərinə qəsdən tabe olmamasına dəlalət edən heç bir xüsusata istinad edilməmiş, onun polis əməkdaşının qanuni tələblərinə tabe olmamasının nədə ifadə olunması göstərilməmişdir. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs özü də Şəxs qohumu ilə birlikdə olan zaman onun qohumu polisin qanuni tələblərinə tabe olmadığını, polisə müqavimət göstərdiyini və öz qollarını bıçaqla kəsdiyini, bu zaman polis əməkdaşlarının həmin şəxsi zərərsizləşdirərək polis maşınına aparan zaman qohumunun o vəziyyətdə olduğunu görərək onun aparılmamasına cəhd etdiyini göstərmişdir ki, bu da polis əməkdaşlarının qanuni tələblərinin Şəxs deyil, onunla birlikdə olaraq Elmirin də sərnişin kimi içində olduğu avtomobili idarə edən qohumuna qarşı yönəldiyinə dəlalət edir. Həmçinin,məhkəmə Şəxs polis bölməsində verdiyi etirafedici izahatına münasibətdə qeyd edir ki, həmin izahatın məzmunundan görünür ki, izahatda göstərilənlər nəinki Elmir Abışovun özünün məhkəmə iclasında verdiyi izahatı, o cümlədən, onunla birlikdə olan qohumu X1 izahatı, inzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşının izahatı ilə tam təkzib olunur. Belə ki, nə iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin rəisi tərəfindən tərtib edilmiş raportda, nə də məhkəmə iclasında izahatı alınmış şəxslərdən hər hansı birinin izahatında Elmir Abışovun polis bölməsində verdiyi etirafedici izahatında göstərilən xüsusatlar öz əksini tapmamışdır ki, bu da Elmir Abışovun polis bölməsində yazdığı izahatın həqiqəti əks etdirməməsinin göstəricisidir. Göründüyü kimi, Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmiş, əksinə, iş materiallarında olan sübutların məcmusu, o cümlədən, məhkəmə iclasında iştirak edən şəxslərin izahatları onun əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlməyə əsas verir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs əməlində AR İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs əməlində AR İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4152/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4152/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver