Məhkəmə qərarları › İş №3(008)-4155/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4155/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4155/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru Elvin Rzayevin iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixdə Ağdam rayonu, Suma kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu, Suma kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : MN ******* saylı, 18 iyul 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 18 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onun kim olduğunu, harada yaşadığını soruşduqda polis əməkdaşını itələmiş, ona işi ilə məşğul olmasını bildirmişdir. Etdiyi əməlindən səmimi peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru Elvin Rzayev inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, 1 may küçəsində vətəndaş Şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb özünü təqdim etdikdən sonra vətəndaşın üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı müəyyən edilmiş və o, polis bölməsinə dəvət edilmişdir. Lakin o, polisin qanuni tələblərinə məhəl qoymayaraq əli ilə onu itələmişdir. Bundan sonra Habil Məmmədov 18 iyul 2022-ci il tarixdə, saat 13:20 radələrində polis bölməsinə aparılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: raportdan görünür ki, 18 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi, 1 may küçəsində vətəndaş Şəxs özünü şübhəli apardığından ona yaxınlaşıb özünü təqdim etdikdən sonra vətəndaşın üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadığı müəyyən edilmiş və o, polis bölməsinə dəvət edilmiş, lakin vətəndaş tabesizlik göstərərk heç bir tələbə məhəl qoymadan öz əməllərinə davam etmişdir. İnzibati xəta haqqında MN ******* saylı, 18 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 18 iyul 2022-ci il tarixdə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, həmin izahatında 18 iyul 2022-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onun kim olduğunu, harada yaşadığını soruşduqda polis əməkdaşını itələmiş, ona işi ilə məşğul olmasını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanıın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 18 iyul 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində polis əməkdaşlarının sənədlərin təqdim edilməsi və polis bölməsinə dəvətləri barədə qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi AR İXM-nin 32.1.1-ci maddəsinə əsasən əməlini etiraf edərək səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 18 iyul 2022-ci il tarixdə saat 13:20-də Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 18 iyul 2022-ci il tarixdən, saat 13:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 18 iyul 2022-ci il tarixdən, tarixdə saat 13:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar