Məhkəmə qərarları › İş №3(008)-4166/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4166/2022

29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4166/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında 00100-1210/22 saylı, 16 iyun 2022-ci il tarixli protokola əsasən Çindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanv ŞTQ, keçid 1595 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına SD404LO/BS930B nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********93377 nömrəli, 01 iyun 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 01 iyun 2022-ci il tarixdə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsində **********93377 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz tərkib hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından şabalıd yükünün netto çəkisinin 590 kq artıq olduğu aşkar edilmişdir. Bununla da, Şəxs MMC **********9377 sorğu nömrəli, 01 iyun 2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1360,67 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə tərəflərin-Şəxs MMC-nin və Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Xocəsən” gömrük postunun rəisi Vüsal Nuriyev tərəfindən verilmiş raportdan görünür ki, Çindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanv ŞTQ, keçid 1595 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına SD404LO/BS930B nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********93377 nömrəli, 01 iyun 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 01 iyun 2022-ci il tarixdə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsində **********93377 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz tərkib hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından şabalıd yükünün netto çəkisinin 590 kq artıq olduğu aşkar edilmişdir. Şəxs MMC-nin direktoru X1 izahatından görünür ki, o, izahat verdikdən sonra ona verilmiş suala cavab olaraq bildirmişdir ki, idxal edilmiş mallara dair mal-müşayiət sənədləri göndərildikdən sonra şirkət tərəfindən həmin mallara dair **********9377 sorğu nömrəli, 01 iyun 2022-ci il tarixli gömrük bəyannaməsi gömrük orqanına malların rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün təqdim edilmişdir. Mallara “Meyvəli” bazarında yerləşən anbarda gömrük yoxlaması həyata keçirilirkən 590,0 kq artıq çəki aşkar edilmişdi. Həmin çəki qabığı soyulmuş dondurulmuş şabalıdın netto çəkisi deyil, qanlaşdırılmanın çəkisi, yəni brutto çəkidir. Artıq aşkar edilmiş 590,00 kq yükü göndərək şirkət tərəfindən netto çəkidə deyil, brutto çəkidə nəzərə alındığından şirkət tərəfindən gömrük orqanına təqdim edilmiş bəyannamədə həmin çəki netto çəkidə qeyd edilməmişdir. 16 iyun 2022-ci il tarixli 00100-1210/22 saylı qərardan görünür ki, Şəxs MMC barəsində AR İXM-nin 505-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və araşdırma aparılması qərara alınmışdır. İnzibati xəta haqqında 00100-1210/22 saylı, 16 iyun 2022-ci il tarixli protokola əsasən Çindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanv ŞTQ, keçid 1595 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına SD404LO/BS930B nömrə nişanlı yük nəqliyyat vasitəsində idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********93377 nömrəli, 01 iyun 2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə 01 iyun 2022-ci il tarixdə gömrük yoxlaması həyata keçirilmiş, yoxlama zamanı nəqliyyat vasitəsində **********93377 nömrəli gömrük bəyannaməsində bəyan olunan malların ayrılmaz tərkib hissəsi olan qablaşdırılması malların netto çəkisində nəzərə alınmadığından şabalıd yükünün netto çəkisinin 590 kq artıq olduğu aşkar edilmişdir. Bununla da, Şəxs MMC **********9377 sorğu nömrəli, 01 iyun 2022-ci il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 1360,67 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respubkiası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdarda olduqda” dedikdə, iyirmi min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 13 fevral 2015-ci il tarixli, 100/026 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikasının Metodologiyası”na əsasən malların miqdar uçotu beynəlxalq ticarət statistikasının əsas göstəricilərindən biridir və onların fiziki xarakteristikasını əks etdirir. Əsas miqdar ölçüsü malın çəkisi hesab olunur və gömrük bəyannaməsində göstərilən netto çəki əsasında kiloqramla ifadə olunur. Gömrük statistikasında malların miqdar uçotunun aparılması üçün XİFMN-də göstərilən standart miqdar uçotu vahidləri tətbiq olunur. Bu Metodologiyanın tələblərinin 13.4-cü bəndinə əsasən malın netto çəkisi dedikdə qablaşdırılmış halda daşınan mallar üçün ilkin qablaşdırma (malın pərakəndə satışa təqdim olunduğu və istehlakına qədər onun ayrılmaz hissəsi olan qablaşdırma məsələn, şüşə qablarda içkilər, ətir, dərman vasitələri, qutuda siqaret, çay və.s) nəzərə alınmaqla malın çəkisi, digər hallarda isə qablaşdırma nəzərə alınmadan malın çəkisi nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edərək, qanunvericiliyin normalarını rəhbər tutaraq qərara alır ki, MMC-nin əməlində AR XİM-nin 505-ci maddəsinin tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki işin hallarından görünür ki, Şəxs MMC-nin ünvanına daxil olan və gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara həmin mallar bəyan edildiyi gün, yəni 01 iyun 2022-ci il tarixdə gömrük yoxlaması həyata keçirilmiş və həmin mallar ilkin qablaşdırma ilə yoxlanılarkən malın netto çəkisinin 590 kq artıq olması müəyyən olunmuşdur ki, bu da onu deməyə əsas verir ki, gömrük yoxlaması zamanı aşkar olunan artıq çəki malın netto deyil, ayrılmaz tərkib hissəsi olan qablaşdırmanın çəkisi olmaqla brutto çəkisidir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmışdır ki, bu da MMC-nin əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlməyə əsas verir. Odur ki, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, barəsində inzibati qaydada icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində AR İXM-nin 129-cu maddəsində nəzərdə tutulmuş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar