Məhkəmə qərarları › İş №3(008)-4167/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4167/2023

07.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4167/2023 07.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YNH üzrə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 332.1 və 332.4-cü maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında AP ******* saylı, 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 27 iyul 2023-cü il tarixdə, saat 13:15 radələrində etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etdiyi “Zil-MMZ” yük markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonmobili Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolunda hərəkət edərkən manevr qaydasını pozub idarəetməni itirərək yolun sağ tərəfinə çıxıb əvvəlcə DİN-nin svetafor obyektinə çırpılaraq açırmış, sonra yoldan çıxıb Helikoptr aeroportunun hasarına çırpılaraq hər iki obyektə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin YNH üzrə inspektoru, polis leytenantı X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 27 iyul 2023-cü il tarixdə, saat 13:15 radələrində etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etdiyi “Zil-MMZ” yük markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonmobili Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolunda hərəkət edərkən manevr qaydasını pozub idarəetməni itirərək yolun sağ tərəfinə çıxıb əvvəlcə DİN-nin svetafor obyektinə çırpılaraq açırmış, sonra yoldan çıxıb Helikoptr aeroportunun hasarına çırpılaraq hər iki obyektə maddi zərər yetirilmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq polis əməkdaşı Şəxs sürücülük vəsiqəsinin müddətinin bir neçə il olar ki, bitdiyini, lakin sürücülük vəsiqəsinin dəyişdirilmədiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, yol hərəkəti qaydalarını pozduğunu etiraf edir. Belə ki, o, epilepsiya xəstəsidir. Yolda olarkən birdən elilepsiyası tutmuş və o, idarə etməni itirmişdir. O, sürücülük vəsiqəsini xəstəliyi ilə əlaqədar avtomobil idarə etmədiyindən dəyişdirməmişdir. Sadəcə pula ehtiyacı olduğundan həmin gün yük avtomobilini idarə etmişdir. Törətdiyi əməldən peşmandır. Evlidir, himayəsində iki uşağı var. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında AP ******* saylı, 07 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 27 iyul 2023-cü il tarixdə, saat 13:15 radələrində etibarnaməsiz, sürücülük hüququ olmadan idarə etdiyi “Zil-MMZ” yük markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtonmobili Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Zabrat yolunda hərəkət edərkən manevr qaydasını pozub idarəetməni itirərək yolun sağ tərəfinə çıxıb əvvəlcə DİN-nin svetafor obyektinə çırpılaraq açırmış, sonra yoldan çıxıb Helikoptr aeroportunun hasarına çırpılaraq hər iki obyektə maddi zərər yetirilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 27 iyul 2023-cü il tarixli, 1/4141 saylı protokoldan görünür ki, Şəxs hadisə vaxtı ayıq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməklə yanaşı onun öz etirafedici izahatı ilə də həmin hal öz təsdiqini tapmışdır. Hazırki iş üzrə inzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Portaldan çıxarışdan görünür ki, Şəxs evli olmaqla himayəsində iki azyaşlı uşağı var. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf edərək peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində AR İXM-nin 332.4-cü maddəsinin sanksiyası daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 332.4-cü maddəsi ilə barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar