Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4168/2025 10.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən məhkəməyə təqdim olunmuş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-766/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 12151,52 manat pul vəsaitinin və 126,46 manat dövlət rusumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə ərizə təqdim edərək MN seriyalı ******* nömrəli, 10 iyul 2025-ci il il tarixli inzibati xəta haqqında protokolun tələbkarın razılığı əsasında baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən proses iştirakçıları icra məmuru tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolun geri qaytarılmasına etiraz etmədilər. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib və proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud tərtib edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Qeyd olunanları və Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X2 tərəfindən təqdim olunmuş ərizəni nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinə geri qaytarılsın. X6
Məhkəmə qərarları › İş №3(008)-4168/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4168/2025
10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver