Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4175/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 08 iyul 2025-ci il tarixində ünvan 1 ünvanında Hövsan magistral kanalına tullantı sularının təyinatsız axıdılmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X4 bildirdi ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı ünvan 1 ünvanında Şəxs tərəfindən Hövsan magistral kanalına tullantı sularının təyinatsız axıdılması müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur. Ərazidən foto çəkilmiş və şəxsin izahatı alınmıdır. ünvan 1 ünvanında Hövsan magistral kanalına tullantı sularının təyinatsız axıdılmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdirlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Dövlət X3 yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş MN seriyalı ******* nömrəli, 08 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, 08 iyul 2025-ci il tarixində ünvan 1 ünvanında Hövsan magistral kanalına tullantı sularının təyinatsız axıdılmasına görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. 08 iyul 2025-ci il tarixli 000210 nömrəli aktdan görünür ki, “Ətraf mühitin mühafizəsi haqqında”, “istehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanunlarının və digər ekoloji qanunvericilik aktlarının tələblərinə riayət edilməsi vəziyyətinin yoxlanılması məqsədilə tərəflərindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində nəzarət tədbirləri həyata keçirilmişdir. Keçirilən nəzarət tədbirləri zamanı ünvan 1 ünvanında Şəxs tərəfindən Hövsan magistral kanalına tullantı sularının təyinatsız axıdılması müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş foto şəkillər akta əlavə edilmişdir; Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxstərəfindən 08 iyul 2025ci il tarixdə verilmiş izahatdan görünür ki, Sexi 01 aydır işlətdiyini və barəsində aparılan su obyektinin su çirkləndirilməsi ilə əlaqədar icraatla bağlı heç bir etirazı yoxdur. Sadəcə sahibkarlıq fəaliyyəti ilə yeni məşğul olmasının nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 262.2.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4175/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4175/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver