Məhkəmə qərarları › İş №3(008)-4180/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4180/2023

08.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4180/2023 08.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 14 avqust 1988-ci il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 07 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 15 avqust 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 ayda 230 manat alimentin ödənilməsi ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və hazırda aliment borcu 1320 manat təşkil edir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclu ilk dəfə zərərçəkmiş şəxsə 250 manat məbləğində ödəniş etsə də, sonradan ayda 100 manat ödəməyə başlamışdır. O, nə aliment məbləğini tam ödəmir, nə də yığəlmış borcundan hər hansı ödəniş etmir. Zərərçəkmiş aliment borcunun tam ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Aşirov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərmişdir ki, o, işləmədiyindən aliment məbləğini tam ödəyə bilmir. Ayda yalnız 100 manat ödəməyə imkanı çatır. Hazırda zərərçəkmiş şəxsə 300 manat ödəməyə hazırdır. Lakin gələn aylarda edəcəyi ödənişlərin məbləği onun işindən və qazancından asılıdır. Məhkəmə iclasında verilmiş suala cavab olaraq barəsində inzibati qaydada icraat aparılan şəxs yenidən ailə həyatı qurduğundan aylıq qazancından yalnız 100 manat ödəniş edə bildiyini, aylıq qazancının 300-400 manat təşkil etdiyini, fərdi əməklə məşğul olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, o, Şəxs şikayətçidir. Belə ki, onun uşağı hələ körpədir və onun yarım aylıq xərci 100 manatdan artıq təşkil edir. Buna baxmayaraq borclu aliment məbləğini tam ödəmir və özü konkret məbləğ müəyyən edərək ayda cəmi 100 manat ödəniş edir. O, nə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği, nə də aliment borcunu ödəmir. Hazırda borclunun ona təqdim etdiyi 300 manatı qəbul etmir və borcun ən azı yarısının ödənilməsini tələb edir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 avqust 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 avqust 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tələbkar X2 ayda 230 manat alimentin ödənilməsi ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və hazırda aliment borcu 1320 manat təşkil edir. Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(125)-462/2023 saylı icra vərəqəsindən görünür ki, 24 oktyabr 2022-ci il tarixdən başlayaraq 15 avqust 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Şəxs hər ay 180 manat və uşaq üç yaşına çatanadək hər ay analıq haqqı kimi 50 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcraata başlama haqqında 18 mart 2023-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(125)-462/2023 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və tələbin icrası barədə bildiriş Şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Şəxs 04 aprel 2023-cü il və 07 avqust 2023-cü il tarixli icra şöbəsində verdiyi izahatlarından görünür ki, o, izahatında işsiz olduğundn aliment tam ödəmədiyini, bu günədək 750 manat ödəniş etdiyini bildirmişdir. Ödənişlərin edilməsinə dair çıxarışdan görünür ki, Şəxs 04 aprel 2023-cü il tarixdə 250 manat, 17 aprel 2023-cü il tarixdə 100 manat, 02 may 2023-cü il tarixdə 100 manat, 07 iyun 2023-cü il tarixdə 100 manat, 15 iyun 2023-cü il tarixdə 50 manat, 12 iyul 2023-cü il tarixdə 100 manat aliment ödənişi etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(125)-462/2023 saylı icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs borc məbləğini məhkəmə qərarında göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Həm icra şöbəsində verilmiş izahatlarında, həm də məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs işsiz olduğundan alimenti ödəyə bilmədiyini göstərsə də, mhəkəmə iclasında verilmiş suala cavab olaraq fərdi əməklə məşğul olduğunu, aylıq qazancının 300-400 manat məbləğində olduğunu bildirmişdir ki, bu da Şəxs aliment məbləğini tam ödəməməsinin səbəbi kimi istinad etdiyi halın özü tərəfindən təkzib edilməsinə və səmimi olmamasına dəlalət edir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında hər ay aliment məbləğindən ödəniş etdiyini bildirsə də, məhkəməyə təqdim edilmiş ödəniş məbləğlərini təsdiq edən sənəddən görünür ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Dövlət adından çıxarılmış məhkəmə aktındakı məbləği nəzərə almadan özü konkret məbləğ müəyyən edərək hər ay həmin məbləğdə zərərçəkmiş şəxsə ödəniş etmişdir ki, bu da məhkəmə qətnaməsinin tam icra olunmaması, şəxsin öz mülahizələrinə görə məhkəmə aktı ilə müəyyən edilmiş məbləği azaldaraq ödənişlər edərək məhkəmə aktının qüvvəsinin əhəmiyyətsiz olmasına dair fikrin formalaşması nəticələnə bilər ki, bu da yolverilməzdir. Məhkəmə xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirildiyindən ona həmin maddənin sanksiyası daxilində ədalətli tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanı etiraf edərək səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, yuxarıda göstərilən məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsiri nəzərə alınaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 08 avqust 2023-cü il tarixdən, saat 16:15-dən hesablanmalıdır. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Aşirov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 avqust 2023-cü il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar