Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4181/2020 15.12.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Mİrzəliyev Əfsun Sabir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2020-ci il tarixdə törətdiyi inzibati xətalar haqqında Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin polis sahə inspektoru Əlibala Məlikəliyev tərəfindən MN ******* saylı, xx.xx.2020-ci il tarixli və MN ******* saylı xx.xx.2020-ci il tarixli protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxılarkən müəyyən olundu ki, Şəxs xx.xx.2020-ci il tarixdə Sabunçu rayonu, Ax.M.Əbdülkərim küçəsində polis əməkdaşları tərəfindən saxlanımış, yoxlama zamanı karantin rejimi ilə əlaqədar icazəsi olmadan yaşayış yerini tərk etdiyi müəyyən edilərək polis bölməsinə dəvət edilmiş və o, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs həqiqətən də, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq kobudluq etdiyini və karantin qaydalarını pozduğunu bildirdi. İnzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Şəxs İXM-nin 211.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirici halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək barəsində İXM-nin 211.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 15 dekabr 2020-ci il tarixdən hesablansın. Qərarın icrası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan X1 Saxlanılması Məntəqəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov
Məhkəmə qərarları › İş №3(008)-4181/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4181/2020
15.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver