Məhkəmə qərarları › İş №3(008)-4183/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4183/2022

21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4183/2022 21.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ İş № 3(008) -4183/2022 Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi QƏRARDAD (inzibati xəta haqqında iş üzrə materialın geri qaytarılmasına dair) 21 iyul 2022-ci il Bakı şəhəri Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanova, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru polis polkovnik-leytenantı Vasif Allahverdiyev tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair MN ******* nömrəli, 21 iyul 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı göstərilməmiş və məhkəməyə təqdim edilmiş materiala da Şəxs izahatı əlavə edilməmişdir. AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokolda barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı göstərilmədiyindən və məhkəməyə təqdim edilmiş materiala Şəxs izahatı əlavə olunmadığından, yəni təqdim edilmiş materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar