Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4185/2022 22.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ 22 iyul 2022-ci il Bakı şəhəri Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanova, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ YNH inspektoru, polis leytenantı X1 tərəfindən Şəxs barəsində İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair İXP ******* nömrəli, 22 iyul 2022-ci il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi yeri və vaxtı, inzibati xətanın mahiyyəti göstərilməmişdir. Halbuki, AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı göstərilməmiş və məhkəməyə təqdim edilmiş materiala da Şəxs izahatı əlavə edilməmişdir. AR İXM-nin 100.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti, törədilməsi vaxtı və yeri, barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı göstərilmədiyindən və məhkəməyə təqdim edilmiş materiala Şəxs izahatı əlavə olunmadığından, yəni təqdim edilmiş materiallar natamam olduğundan protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-nə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4185/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4185/2022
22.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver