Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4188/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, X11 oğlunun katibliyi, X1, Sabunçu rayon DYPŞ-nin polis baş leytenantı X4 iştirakı ilə, X5 Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə, saat 07:40 radələrində idarə etdiyi "Opel Vectra minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məmmədli yolunda üzü “Veysəloğlu” şirkəti istiqamətində 50-60 km/saat sürətlə hərəkətdə idi. Anidən qarşısına yolda yaranmış eni təxminən 1 metr olan çuxur çıxmışdır. Həmin vaxt qarşı tərəfdən heç bir avtomobil gəlmirdi. Buna görə də həmin çuxurdan avtomobili qaçırmaq üçün sol tərəfə çəkmişdir. Həmin vaxt ondan arxada “Reno” markalı avtomobilin yüksək sürətlə gəldiyini görmüşdür. Onun avtomobilinə dəyəcəyini hesab edib dərhal sağa çıxmışdır. Həmin avtomobil isə idarəetməni itirərək yolun sağ nahiyəsindəki işıq dirəyinə çırpılaraq dayanmışdır. O, avtomobilini dərhal saxlayaraq aşağı düşmüş və ona yaxınlaşmışdır. Avtomobilin sürcüsü də aşağı düşdükdən sonra avtomobilinə baxmağa başlamışdır. Həmin vaxt onun avtomobilində sürücüdən başqa daha 3 nəfər şəxs də var idi. Onlar təxminən 10-15 dəqiqə orada söhbət etdikdən sonra oradan uzaqlaşmışlar. Həmin vaxt ərzində qəzanı törətmiş avtomobilin sürücüsü nə polis orqanlarına, nə də sığorta şirkətinə heç bir məlumat verməmişdir. Həmin gün saat 19:30 radələrində Anar adlı yol polis əməkdaşı ona zəng edərək onun hadisə törətdiyi və hadisə yerindən yayındığı və sabahı gün yol polisi şöbəsinə yaxınlaşmalı olduğunu bildirdi. Sabahı gün saat 12 radələrində Sabunçu rayon DYPŞ-yə getdi. Yol polisi əməkdaşı hadisədə onun təqsirli olduğunu bildirdi. O, isə heç bir təqsirinin olmadığını bildirdi. xx.xx.2024-cü il tarixdə ona SMS bildiriş gəldi. Həmin bildirişdə onun barəsində protokol əsasında qərar qəbul edildiyi qeyd edilmişdir. Sabunçu rayon DYPŞ polis polkovnikleytenantı X3 TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.2024- cü il tarixdə, saat 07:40 radələrində Məmmədli yolunda “Opel Vectra minik” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürcüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevretməyə görə Azərbaycan Respublikası İXMnin 327.6-cı və 327.1 -ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən barəsində 100 (yüz) manat məbləğində cərimə edilməyi haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Qeyd olunan qərarın ləğv edilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qərarı ilə Sabunçu rayon DYPŞ polis polkovnik-leytenantı X3 TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmişdir. Lakin Sabunçu rayon DYPŞ polis polkovnik-leytenantı X6 öz qanunsuz əməllərini davam etdirərək yenə də onun iştirakı olmadan heç bir araşdırma aparmadan, məhkəmənin qərarına məhəl qoymadan xx.xx.2024-cü il tarixdə eyni əsaslarla onun barəsində qərar qəbul edərək 100 manat məbləğində cərimə etmişdir. Sabunçu rayon DYPŞ polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X9 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi X2 Azər Rəhim oğlunun yol hərəkəti qaydalarını pozması ilə bağlı videogörüntü təqdim edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd olunan tarixdə X9 manevr etmə qaydasını pozaraq yolda olan çuxurdan yayınmaq üçün arxadan gələn ötmə əməliyyatını həyata keçiriən avtomobili nəzərə almadan avtomobili sola tərəfə çəkmişdir. Nəticədə qəza şəraiti yaratmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin İV bəndinə əsasən hərəkət sürətini artırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünə maneçilik törətmək qadağandır. Bundan başqa qeyd edilən qanunun tələbinə əsasən yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsü hadisə yerini tərk etməməli, polisin gəlməsini gözləməlidir. X9 isə yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerini tərk etmişdir. Göstərilənlərə əsasən məhkəmədən Sabunçu rayon DYPŞ polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayətçinin nümayəndəsinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sabunçu Rayon DYPŞ-nin polis polkovnik-leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X9 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilmiş və barəsində 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilmişdir; Sabunçu rayon DYPŞ-nin polis baş leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə X9 Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir; Sabunçu rayon DYPŞ-nin polis baş leytenantı X7 tərəfindən təqdim olunmuş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə X9 avtomobili idarə edərkən eyni istiqamətli hərəkət zolağının sağ tərəfində olmuş, sol tərəfdən ötmə əməliyyatını həyata keçirən avtomobilə yol vermişdir. Həmin avtomobildən sonra gələn ötmə əməliyyatını aparan digər avtomobilə isə yol verməmiş və avtomobili öncə sol tərəfə, daha sonra yenidən sağ tərəfə istiqamətləndirərək qəza şəraiti yaratmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X5 barəsində xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabunçu Rayon DYPŞ-nin polis polkovnik-leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X9 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə tətbiq edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə- yüz manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X5 İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Sabunçu Rayon DYPŞ tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X5 Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-4188/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4188/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver