Məhkəmə qərarları › İş №3(008)-419/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-419/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-419/2025 22.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi-Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin polis sahə inspektoru, polis-leytenantı X2, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Beyləqan rayonu, Yeni – Mil qəsəbəsində anadan olmuş, Beyləqan rayonu, Yeni – Mil qəsəbəsi Ərazi İdarəsi dairəsi, Yeni Mil qəsəbəsi ünvanında qeydiyyatda olan (FİN:xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu RPİnin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 Yaşayış Massivində Zərərçəkmiş şəxs məxsus nömrəsiz evindən 1 ədəd elektrik taxtakəsən mişar oğurlamışdır. Bu barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X1 tərəfindən xx.xx.2025-cü il tarixdə MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin 14-cü PŞ-nin polis sahə inspektoru, polis-leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, ona məxsus evin həyətindən 1 ədəd elektrik taxtakəsən mişar həmin evdə usta işləyən Şəxs tərəfindən oğurlanmışdır. O, Şəxs ilə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X6 Yaşayış Massivində Zərərçəkmiş şəxs məxsus nömrəsiz evindən 1 ədəd elektrik taxtakəsən mişarı oğurlamışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/157 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədilə qəbul edilmiş qərarın surətinin 14-cü PŞ-nə təqdim edilməsi qərara alınmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1983-cü il tarixdə Beyləqan rayonu, Yeni – Mil qəsəbəsində anadan olmuş, Beyləqan rayonu, Yeni – Mil qəsəbəsi, Ərazi İdarəsi dairəsi, Yeni Mil qəsəbəsi ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar