Məhkəmə qərarları › İş №3(008)-4199/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4199/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4199/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsrullayeva Səbinə Pərvin qızının katibliyi ilə İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ YHN inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edimiş inzibati xəta haqqında 22 iyul 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Əliyev X2 qəsəbəsi, Ə.Məlikov küçəsində hərəkət edərkən bütöv qoşa xəttin tələbini pozub sola geriyə dönərkən manevr qaydasını pozaraq əks istiqamətdən düzünə hərəkət edən “Opel corsa” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərərçəkmiş şəxs X4 maddi zərər yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin DYPŞ YHN inspektoru X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Əliyev X2 qəsəbəsi, Ə.Məlikov küçəsində hərəkət edərkən bütöv qoşa xəttin tələbini pozmuş və zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Lakin zərərçəkmiş şəxs öz avtomobilini təmir etmişdir. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, yol hərəkəti qaydalarını pozduğunu etiraf edir. Əməlindən səmimi peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 22 iyul 2022-ci il tarixli, İXP ******* saylı protokoldan görünür ki, Əliyev X2 qəsəbəsi, Ə.Məlikov küçəsində hərəkət edərkən bütöv qoşa xəttin tələbini pozub sola geriyə dönərkən manevr qaydasını pozaraq əks istiqamətdən düzünə hərəkət edən “Opel corsa” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərərçəkmiş şəxs X4 maddi zərər yetirmişdir. Şəxs izahatından görünür ki, o, izahatında qoşa xəttin tələbini pozub qarş yola çıxdığını, bu zaman əks istiqamətdən düzünə hərəkət edən avtomobili görmədiyini və onunla toqquşduğunu, hadisə zaman xəsarət alan şəxsin omadığını bildirmişdir. Zərərçəkmiş şəxs X1 izahatından görünür ki, o, izahatında Opel markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə Ə.Məlikov küçəsi ilə üzü Zabrat dairəsi istiqamətində hərəkət edərkən sola dönmək istəyən “Assamat” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobili ilə toqquşmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. 065661 nömrəli vəsiqənin surətindən görünür ki, Şəxs ikinci qrup əlildir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 13 iyul 2022-ci il tarixli, 1/3582 saylı aktdan görünür ki, X5 alkoqol sərxoşluğu aşkar edilməmişdir. “CD” diskdən görünür ki, həqiqətən də “Assamat” markalı, ** KU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü “Yol hərəkəti qaydaları” haqqında Qanunun tələblərinə zidd olaraq qoşa xəttin tələbini pozub sola geriyə dönərkən manevr qaydasını pozaraq əks istiqamətdən düzünə hərəkət edən “Opel corsa” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə hesab edir ki, iş materialları ilə Şəxs AR İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməklə yanaşı onun öz etirafedici izahatı ilə öz təsdiqini tapmışdır. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi, Şəxs sürücülük nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobili idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurması iş materialları öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, ikinci qrup əlil olmasını, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlini etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 332.4-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar