Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4205/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu Rayon Dövlət X17 X11 üzrə inspektoru, polis leytenantı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə AP seriyalı ******* nömrəli, 10 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 11 iyun 2025-ci il tarixində, saat 03:00 radələrində, sürücü X9 alkoqollu içkilərdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olarkən, özünə məxsus, **-NN-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobili idarə edərkən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirmiş və yolun sağ kənarında yerləşən daş hasara çırpılmışdır. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan X7 ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sabunçu Rayon Dövlət X17 X11 üzrə inspektoru, polis leytenantı X10 bildirmişdir ki, 11 iyun 2025ci il tarixində, saat 03:00 radələrində, sürücü X9 alkoqollu içkilərdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olarkən, özünə məxsus, **-NN-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobili idarə edərkən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirmiş və yolun sağ kənarında yerləşən daş hasara çırpılmışdır. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan X7 ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. Yolnəqliyyat hadisəsinin baş verməsinə səbəb sürücünün alkoqollu içki qəbul etməsi və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi olmuşdur. X1 törətdiyi hadisədə cinayət tərkibi müəyyən edilməmiş, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. X10 barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, o, 10 iyun 2025-ci il tarixdə, saat 02:00 radələrində yaşadığı ünvanda atası X9 ilə birlikdə spirtli içki – təxminən 300-400 qram miqdarında araq qəbul etmişdir. Spirtli içki qəbul etdikdən sonra, yaşadığı hadisələri düşünərək əsəbləşmiş və əli ilə evin pəncərəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən şüşə sınmış, nəticədə sol qol nahiyəsindən xəsarət almışdır. Xəsarət aldığı üçün "103" X16 Xidmətinə zəng etmiş, lakin yardım briqadasının gecikməsi səbəbindən, o, özünə məxsus BMW markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək tibb müəssisəsinə getmək qərarına gəlmişdir. 10 iyun 2025-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsi ilə təxminən 30-40 km/saat sürətlə hərəkət edərkən, sol qol nahiyəsindəki ağrının təsiri ilə qəfildən idarəetməni itirmiş və avtomobil yolun sağ hissəsinə yönəlmişdir. Bu zaman nəqliyyat vasitəsi yolun sağ kənarında yerləşən daş hasara çırpılaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Qeyd olunan hadisə nəticəsində, avtomobilin qabaq sağ oturacağında əyləşmiş atası X9 avtomobilin ön şüşəsinə dəyərək müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Hadisə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində, fərdi yaşayış evlərinin arasında yerləşən asfalt örtüklü, hamar səthə malik yolda baş vermişdir. Hadisə zamanı avtomobilin yük yerində heç bir yük daşınmamış, nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə iştirakçısı olan vətəndaş, yol-nəqliyyat hadisəsi zamanı hər hansı xəsarət almamışdır. Sol qolundan aldığı xəsarət hadisədən əvvəl yaşadığı ünvanda baş vermişdir.Zərərçəkmiş şəxs X5 baş vermiş hadisə ilə bağlı ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında fiziki iştirak etməsi mümkün olmadığından video konfrans vasitəsilə iclasa qoşulmuş zərərçəkmiş şəxs X9 məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında AP seriyalı ******* nömrəli, 10 iyul 2025-ci il tarixli protokoldan görünür ki, 11 iyun 2025-ci il tarixində, saat 03:00 radələrində, sürücü X9 alkoqollu içkilərdən istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə olarkən, özünə məxsus, **-NN-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobili idarə edərkən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ceyhun Şərifov küçəsində hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirmiş və yolun sağ kənarında yerləşən daş hasara çırpılmışdır. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan X7 ehtiyatsızlıqdan yüngül dərəcəli bədən xəsarəti yetirilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X8” X15 məhkəmə-kimyəvi ekspertizanın 2212/K saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, X3 götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilmişdir. Etil spirtinin qalığı-0,7%-dir. Məhkəmə-kimyəvi şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik vasitələrin təyinatını aparmaq mümkün olmamışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X8” X15 xx.xx.2025-ci il tarixli 1339 saylı rəyindən görünür ki, X2 said nahiyəsinin iki (2) ədəd kəsilmiş yaraları müəyyən edildi. Xəsarətlər kəsici kənara malik əşya (əşyalar) təsirnədn törənmişdir, qrarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni qapı şəsini əllə vurub sındırarkən sınmış şüşə qəlpələrinin təsirindən əmələ gələ bilər və dərəcəsinə görə ümumlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və X8” X15 xx.xx.2025-ci il tarixli 1340 saylı rəyindən görünür ki, X6 burun nahiyəsinin əzilmiş-çırılmış yarası ilə müşayiət olunan burun sümüyün açıq sınığı müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş 30 iyun 2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, **-NN-*** dövlət qeydiyyat nişanlı, BMW markalı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etiraf edici izahatını, zərərçəkmiş şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.2) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4205/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4205/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver