Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4206/2025 11.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi ilə, Sabunçu DYPŞ-nin YNH üzrə inspektoru, polis leytenantı X1 barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli rayonu, Qaraxanbəyli kəndində qeydiyyatda olmaqla Sabunçu rayonu, Savalan yaşayış massivi fərdi tikilidə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş 10 iyul 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində «Chevrolet Cobalt» markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Məmmədli dairəsindən üzü savalan yaşayış massivi istiqamətində avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən manevr qaydasını pozub, idarəetməni itirərək əvvəlcə yolun sağ kənarında olan beton dirəyə, sonra isə avtomobil fırlanaraq arxa sol hissəsi ilə daş hasara çırpılmışdır. Nəticədə avtomobildə sərnişin qismində olan X3 yüngül bədən xəsarəti almışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, «Chevrolet Cobalt» markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edərək taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat təqribən 01:30 radələrində qeyd etdiyi avtomobil ilə Sabunçu rayonu, Məmmədli dairəsindən üzü Maştağa qəsəbəsi, Savalan yaşayış massivi istiqamətində iki istiqamətli bir zolaqlı yol ilə saatda 50-60 km sürətlə hərəkət edən zaman yolun sola doğru maili olan hissəsində sükan arxasında anidən yuxulamış, sükan əlindən çıxaraq avtomobilin arxa sağ təkər hissəsi torpaq hissəyə düşmüş və avtomobilin qabaq sol hissəsi yolun sağ kənarında olan beton dirəyə çırpılmışdır. Daha sonra avtomobil fırlanaraq arxa sol hissədə orada daş hasara dəyib dayanmışdır. Hadisədən əvvəl içki qəbul etmişdir. Hadisə nəticəsində özü və avtomobildə sağ oturacaqda əyləşmiş Sərxan adlı şəxs müxtəlif dərəcəli bədən xəsarəti almışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu DYPŞ-nin YNH üzrə inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş 10 iyul 2025-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 01:30 radələrində «Chevrolet Cobalt» markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Məmmədli dairəsindən üzü savalan yaşayış massivi istiqamətində avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə edərkən manevr qaydasını pozub, idarəetməni itirərək əvvəlcə yolun sağ kənarında olan beton dirəyə, sonra isə avtomobil fırlanaraq arxa sol hissəsi ilə daş hasara çırpılmışdır. Nəticədə avtomobildə sərnişin qismində olan X3 yüngül bədən xəsarəti almışdır.. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə protokol tərtib edilmişdir; Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 iyun 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, «Chevrolet Cobalt» markalı, ** YB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025-ci il tarixli, 1/658 nömrəli aktdan görünür ki, həmin tarixdə Şəxs alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilərkən sonuncuda alkoqolun konsentrasiyası 0,450 promill olmuşdur. Zərərçəkmiş şəxs X2 izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat təqribən 00:30 radələrində piyada Sabunçu rayonu Məmmədli dairəsinin yaxınlığında yaşadığı ünvana gedən zaman Şəxs onu görüb idarə etdiyi avtomobili saxlayaraq evə getdiyini və onuda aparmağı təklif etmişdir. O da razılaşaraq idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Sabunçu rayonu, Məmmədli dairəsindən üzü Maştağa qəsəbəsi, Savalan yaşayış massivi istiqamətində iki istiqamətli bir zolaqlı yol ilə saatda 50-60 km sürətlə hərəkət edən zaman yolun sola doğru maili olan hissəsində anidən Ülvinin əlindən sükan çıxmış və avtomobilin arxa sağ təkər hissəsi torpaq hissəyə düşdükdə avtomobilin qabaq sol hissəsi yolun sağ kənarında olan beton dirəyə çırpılmışdır. Daha sonra avtomobil fırlanaraq arxa sol hissədə orada daş hasara dəyib dayanmışdır. Hadisə nəticəsində o və Ülvi müxtəlif dərəcəli bədən xəsarəti aldığından X5 müracət etmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Sabunçu rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli 1220 saylı məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, X2 bədən səthində aşkar olunmuş xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” PHŞ-nin Sabunçu rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli 1167 saylı məhkəmə tibbi ekspertizası rəyindən görünür ki, Şəxs bədən səthində aşkar olunmuş xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 333.3-cü maddəsinə əsasən 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması tam sübuta yetirilir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4206/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4206/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver