Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-424/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 29300 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİNnin Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən protokola yenidən baxılması üçün BPİ X11 İdarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixində Bakı şəhəri BPİ X10 İdarəsinin inzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin baş inspektoru, polis mayoru X4 qərarı əsasında X6 AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərarda qeyd edilməsinə baxmayaraq inzibati xəta haqqında işə baxılma yeri və vaxtı barədə ona məlumat verilməmişdir. Dəfələrlə baş inspektor X5 verilən protokolun düzgün yazılmadığını, protokolu düzgün qaydada tərtib və çap edilməsini Sabunçu Rayon Məhkəməsinin tələbi olduğunu bildirməyinə baxmayaraq ona bildirmişdir ki, “qərarı o, belə verir. Onun verdiyi qərar belədir. Necə istəyirsiz edin”. Göstərilənlərə əsasən Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 29300 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, onun avtomobili arxadan vurulduğu üçün o, avtomobilini avtoservisə aparmışdır. Orada avtomobilə baxılmış və arxa buferi sökülərək üzərində işlənilməyə başlamışdır. Avtomobilin yanacaq doldurulan hissəsi sökülmədiyindən ona bildirilmişdir ki, həmin nahiyədə rənglənmə işlərinin aparılması üşün avtomobili servisinin yuxarı hissəsində yerləşən rənglənmə yerinə aparmalıdır. Avtoservis yolun kənarında yerləşdiyindən avtomobil yolunda maşınlar olduğundan o, avtomobili geriyə doğru hərəkət etdirə bilməmişdir. Buna görə gedib qarşıdan fırlanaraq servisin rənglənmə işləri görülən hissəsinə daxil olmuşdur. Bu zaman polis əməkdaşları onu saxlayaraq avtomobili bufer olmadan idarə etməsini bildirmişlər. O, polis əməkdaşlarına buferin servisdə olduğunu və üzərinə yerləşdirə biləcəyini qeyd etsə də, onu dinləməmişlər və avtomobili cərimə meydançasına aparmışlar. Polislər onu bildirmişlər ki, sonra buferi gətirib avtomobilin üzərinə yerləşdirə bilər. Məhkəməyə fotoşəkilləri təqdim edərək bildirir ki, avtomobil cərimə meydançasında olarkən buferi üzrəinə bağlamışdır. Onun barəsində əsassız olaraq İXMnin 342.5-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişlər. Qanunda da deyilir ki, əgər nasazlıq yerində aradan qaldırıla bilirsə şəxs məsuliyyətə cəlb olunmur. Göstərilənlərə əsasən məhkəmədən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 29300 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə, saat 15:55-də “Toyota Prius” (Hibrid) minik markalı, 77CL110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini bufer olmadığına görə idarə etdiyindən konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə AR İXM-nin 342.5-ci maddəsi ilə təqsirli bilinib barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Bakı şəhər Baş Polis İdarəsi DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 29300 nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 AR İXM-nin 342.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir.X6 tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, xx.xx.2024-cü il tarixdə mühafizə duracağına yerləşdirilmiş “Toyota Prius” (Hibrid) minik markalı, 77CL110 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa buferi vardır.Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd edilən inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin qərarda X3 xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsini bufer olmadan idarə edildiyi qeyd edilsə də, protokolu tərtib edən Bakı şəhər BPİ DYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və inzibati xətanın törədilməsini təsdiq edən sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyrimüəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır.Təqsirliliyi sübut etmə yükü məhkəmənin və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş şəxsin səlahiyyətli orqanın üzərinə düşür. xx.xx.2024-cü il tarixdə şikayətçi tərəfindən törədilməsi iddia edilən inzibati xətaya dair qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bir dəfə məhkəmə tərəfindən ləğv olunaraq yenidən araşdırma aparılması üçün göndərilməsinə baxmayaraq BPİ DYPİ tərəfindən heç bir araşdırma aparılmadan və şikayətçinin yenidən araşdırma aparılarkən iştirakı təmin edilməyərək onun dəlillərinə qiymət verilmədən qərar qəbul edilmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, AR DİN-nin Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən X6 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 29300 nömrəli inzibati tənbeh vermə haqqında qərar iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmaqla qəbul edildiyindən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır.Beləliklə, məhkəmə hesab edir ki, X3 şikayəti qismən təmin edilməli, onun barəsində Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 29300 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X3 şikayəti qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 29300 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X11 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samirə Məmmmədli
Məhkəmə qərarları › İş №3(008)-424/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-424/2025
03.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver