Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4252/2023 09.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanova, X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 14317571 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317569 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317580 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 14317582 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 14317575 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317565 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 14317571 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317569 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317580 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 14317582 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 14317575 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317565 nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin onun barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli EQ 14317571 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317569 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317580 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 14317582 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 14317575 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317565 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsini xahiş etsə də, həmin qərarlar iş materiallarına əlavə edilməmiş, iş materiallarına əlavə edilmiş qərarların nömrələri isə şikayət ərizəsində göstərilən qərarların nömrələri ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2022-ci il tarixli EQ 14317571 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317569 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317580 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 14317582 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 14317575 nömrəli, xx.xx.2022-ci il tarixli EQ 14317565 nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər X1 qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4252/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4252/2023
09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver