Məhkəmə qərarları › İş №3(008)-4253/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4253/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4253/2023 15.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin EQ 14317568, EQ 14317567, EQ 14317566, EQ 14317597, EQ 14317589, EQ 14317563, EQ 14317564, EQ 14317572, EQ 14317570, EQ 14317576, EQ 14317577 və EQ 14317584 saylı elektron qərarlarının ləğv olunmasına dair X2 şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş EQ 14317568, EQ 14317567, EQ 14317566, EQ 14317597, EQ 14317589, EQ 14317563, EQ 14317564, EQ 14317572, EQ 14317570, EQ 14317576, EQ 14317577 və EQ 14317584 saylı elektron qərarların ləğv edilməsinə dair məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verə bilər. Məhkəmə X1 şikayət ərizəsində mübahisələndirdiyi hallarla bağlı qeyd edir ki, şikayətçi X3 barəsində hər biri müxtəlif vaxtlarda inzibati xəta tərkibinin yaranmasına səbəb olan hərəkətlərlə bağlı müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayətini vahid şikayət ərizəsində qeyd etməklə məhkəməyə müraciət etdiyindən onun ərizəsinə məhkəmədə baxılması mümkün deyil. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. X1 hər bir inzibati tənbeh vermə barədə elektron qərar üzrə şikayətlə bağlı məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: X2 barəsində qəbul edilmiş elektron qərarların ləğv edilməsinə dair şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar