Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-426/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, X2 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur. X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ DYPİ-nə və şikayətçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında şikayətçi ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 18:17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı yolu ərazisində etibarnamə ilə idarə etdiyi “Kia Ceed” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən barəsində Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 150 (bir yüz əlli) manat məbləğində cərimə tətbiq olunmuşdur. Sözügedən hadisə qayda pozuntusu kimi qiymətləndirilməməlidir. Belə ki, həmin ərazidə yolun sağ hissəsində qazma işləri aparıldığından yolun düzünə hərəkət hissəsində məhdudiyyətolmuşdur. Qazma işlərinin aparılmasına dair yolun hərəkət hissəsində müvafiq hasarlama aparılmışdı. Bu da yolun hərəkət hissəsində məhdudiyyət yaratmışdır. Məhz həmin məhdudiyyət səbəbindən yolun sağ hissəsindən əks hərəkət hissəsinə keçərək müəyyən bir hissədə hərəkət etmək məcburiyyətində qalmışdır. Onu da qeyd edim ki, onun hər hansı bir inzibati xəta törətmədiyi halda barəsində İnzibati Xəta haqqında Qərarın tərtib olunması və buna müvafiq olaraq cərimə ödənişinin icrasının tələb olunması qanunvericiliklə qorunan hüquqlarının kobud surətdə pozulmasının bariz nümunəsidir. Beləliklə barəsində qəbul edilmiş qərarın məhkəmə qaydasında mübahisələndirilməsi və ləğvi üçün tərəfindən Sabunçu Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə tərəfindən 3(008)- 7062/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, sözügedən xx.xx.2024-cü il tarixli, inzibati Xəta haqqında TP/6799109 saylı Qərar ləğv edilmiş və işin yenidən araşdırılması üçün Bakı şəhər DYP İdarəsinə göndərilmişdir. Lakin, Bakı şəhər DYP İdarəsi tərəfindən yenidən qanunsuz qərar qəbul edilərək barəsində inzibati tənbeh vermə haqqında TP/6899127 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilərək 150 (bir vüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərardan yenidən tərəfindən məhkəməyə şikayət verilmiş, Sabunçu rayon Məhkəməsinin 3(008)- 8023/2024 sayı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək yenidən baxılması üçün Bakı şəhər DYP İdarəsinə göndərilmişdir. Lakin, yenə eyni qərar qəbul edilərək hüquqları kabud surətdə pozulmuşdur. Məhkəmənin əvvəlki iclasında Bakı şəhər Baş polis İdarəsi DYPİ-nin nümayəndəsi Nümayəndə şikayət ərizəsinə etiraz edərək şikayətlə bağlı araşdırma aparıldığını, video görüntünü təqdim edərək pozuntu aşkar edildiyini qeyd edərək şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri DYPİ-nin 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə olunmuşdur; Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-7062/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, sözügedən xx.xx.2024-cü il tarixli, inzibati Xəta haqqında TP/6799109 saylı Qərar ləğv edilmiş və işin yenidən araşdırılması üçün Bakı şəhər DYP İdarəsinə göndərilmişdir. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 3(008)-8023/2024 sayı, xx.xx.2024-cü il tarixli qərarı ilə şikayəti qismən təmin edilərək, qərar ləğv edilmiş və işin yenidən araşdırılması üçün Bakı şəhər DYP İdarəsinə göndərilmişdir. Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin nümayəndəsi Nümayəndə tərəfindən təqdim edilmiş video görüntüdən X2 inzibati xəta tərkibini törətdiyi aşkar olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİNnin Bakı şəhəri DYPİ-nin 16 yanvar 2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərara əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Təqdim edilmiş video görüntüyə baxış zamanı “Kia Ceed” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin eyni istiqamətdə sağ yanında avtonəqliyyat vasitələri olduğu halda 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməsi aşkar müəyyən edilir və bununla da İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiyi müəyyən edilmişdir. X2 şikayətində məhz yolda qazma işlərinin aparılması ilə əlaqədar məhdudiyyət səbəbindən yolun sağ hissəsindən əks hərəkət hissəsinə keçərək müəyyən bir hissədə hərəkət etmək məcburiyyətində qalması ilə bağlı məhkəmə qeyd edir ki, video görüntüdən “Kia Ceed” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin eyni istiqamətdə önündə və sağında digər avtonəqliyyat vasitələri olduğu, onların arxasınca getməli olduğu halda, onların yanından əks istiqamətli yola çıxmışdır. Bununla da pozuntuya yol verməsi aşkar olunur. Yolda qazma işlərinin hansı hissədə aparılması və bunun hərəkət iştirakçılarına təsiri video görüntüdən aşkar olunmur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X2 İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhər X6 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər X6 İdarəsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-426/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-426/2025
12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver