Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4272/2022 29.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi ilə, X1 Sabunçu rayon bələdiyəsinin 86 saylı, 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Sabunçu rayon bələdiyəsinin 86 saylı, 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini araşdıraraq hesab edir ki, şikayət aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 106.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Hazırda məhkəməyə verilən şikayətin məzmunundan görünür ki, X2 barəsində Sabunçu rayon bələdiyyəsi tərəfindən qəbul edilmiş qərar inzibati xəta haqqında qərar olmamaqla inzibati aktdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 mübahisələndirdiyi qərar inzibati akt olduğundan onun Sabunçu rayon bələdiyəsinin 86 saylı, 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən QƏRARA ALDİ: X1 Sabunçu rayon bələdiyəsinin 86 saylı, 25 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4272/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4272/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver