Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4273/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 15 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyri-qanuni tikilmiş balkon sökülməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin böyük icra məmuru X2 bildirdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023- 015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilməsi üçün Bakı şəhəri Sabunçu rayon icra şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlanma haqqında qərar qəbul edilmiş, tələbin təmin edilməsi ilə əlaqədar Şəxs bildiriş təqdim edilmişdir. Cavabdeh Şəxs ərizə ilə müraciət edərək, tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilin hörülmüş qapı və pəncərələrin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyriqanuni tikilmiş balkonun sökülməsinin hansı qaydada icra olunması barədə izah verilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə qətnamənin izah edilməsi barədə cavabdeh Şəxs tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır. İcra vərəqəsinin icrası ilə bağlı söküntü işlərinin aparılması nəzərdə tutulmuş ünvanda bir neçə dəfə müvafiq tədbirlər həyata keçirilmişdir. Hər dəfə Şəxs söküntü işlərinin icrasına maneçilik törədərək vaxt tələb etmişdir. Sonuncu dəfə 11 iyul 2025-ci il tarixində söküntü işlərinin aparılması planlaşdırılan ünvanda olmuş və həmin vaxt Şəxs 15 iyul 2025-ci il tarixədək vaxt tələb etmiş, bu barədə yazılı iltizam vermişdir. 15 iyul 2025-ci il tarixdə Şəxs icra orqanına müraciət edərək, qətnaməyə izah verilməsi məqsədilə məhkəməyə ərizə təqdim etdiklərini və ərizənin baxılması üzrə yekun məhkəmə aktı qəbul olunana qədər icra sənədinin icra edilməyəcəyini bildirmişdir. Şəxsin ərizəsinin hansı hakim tərəfindən icraata qəbul edildiyi müəyyən edilərək, sözügedən hakimin köməkçisi ilə əlaqə saxlanmış və işin gedişatı barədə məlumat əldə edilməyə cəhd göstərilmişdir. Hakimin köməkçisi tərəfindən bildirilmişdir ki, iş üzrə yekun məhkəmə aktı hələ qəbul edilməmiş və ərizəyə münasibət yalnız hakimin gələcək qərarında əks olunacaqdır. Qeyd olunan halları nəzərə alaraq, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyət tədbirinin tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023- 015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, onun tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, həmçinin həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və qeyri-qanuni tikilmiş balkonun sökülməsi qət edilmişdir. Qeyd edilən icra prosesi zamanı icra vərəqəsinin icrasından imtina etməmiş, lakin o, qətnaməyə izah verilməsi məqsədilə məhkəməyə müraciət etdiyini və müraciətinin baxılması üzrə yekun məhkəmə aktı qəbul olunana qədər icra sənədinin icra edilməməsini tələb etmişdir. Bu məqsədlə cavabdeh icra məmurundan icra tədbirlərinin müvafiq məhkəmə qərarı verilənədək təxirə salınmasını rəsmi qaydada xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli, 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyri-qanuni tikilmiş balkon sökülməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməklə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 6 saylı evin 13 saylı mənzilinin hörülmüş qapı və pəncərələrinin sökülməsi, cavabdeh Şəxs həmin qapı və pəncərələrə bitişik olan mənzilə aid balkon sahəsindən çıxarılması və cavabdeh Şəxs tərəfindən qeyri-qanuni tikilmiş balkon sökülməsi qət edilmişdir. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş “İcraata başlamaq haqqında” 19 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-567/2023-015 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icraat başlanılmışdır. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin 19 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, protokol və ona əlavə edilmiş sənədlər natamamdır və buna görə də müvafiq qaydada Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılması məqsədəuyğundur. Bu qərar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və Azərbaycan Respublikası İcra Məcəlləsinin müvafiq müddəalarına əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, icra sənədinin icrası zamanı qətnaməyə izah verilməsi və həmin izah əsasında yekun məhkəmə aktının qəbul edilməsi təmin olunmadan icra prosedurlarının davam etdirilməsi qadağandır. Qətnaməyə izah verilməsi məhkəmənin qərarının məzmununun dəqiqləşdirilməsi və tərəflər arasında olan mübahisəli məsələlərin hüquqi cəhətdən dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Həmçinin, yekun məhkəmə aktı icra sənədinin məzmununun son versiyası kimi hüquqi qüvvəyə malikdir və icra prosesinin qanunauyğun şəkildə davam etdirilməsini təmin edir. Hazırda, Şəxs qətnaməyə izah verilməsi məqsədilə məhkəməyə müraciət etdiyi, həmçinin müraciətin baxılması üzrə yekun məhkəmə aktının qəbul olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən, protokol və ona əlavə edilmiş sənədlər icra sənədinin tam və qanunvericiliyə uyğun icrasını təmin etmək üçün zəruri olan hüquqi aktlar olmadan, natamam sənədlər kimi qiymətləndirilir. Azərbaycan Respublikası İcra Məcəlləsinin 11-ci maddəsinə uyğun olaraq, icra prosedurlarının aparılması üçün tələb olunan sənədlərin tam və qanunvericiliyə uyğun olması zəruridir. Natamam sənədlər əsasında icra tədbirlərinin həyata keçirilməsi hüquqi əsaslardan məhrumdur və belə hallarda sənədlərin geri qaytarılması, natamamlığın aradan qaldırılması təmin olunmalıdır. Beləliklə, MN seriyalı ******* nömrəli, 15 iyul 2025-ci il tarixli protokol və ona əlavə edilmiş sənədlər, icra sənədinin icrasının qanunauyğun aparılması və hüquqi prosedurların tam yerinə yetirilməsi üçün Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 15 iyul 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan apelyasiya şikayəti verilə bilməz. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-4273/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4273/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver